hamilelik bandaj

Hamilələrin diqqətinə! Tətilə çıxmaq istəyirsinizsə… – TÖVSİYƏLƏR

Baxış sayı: 2. 220

Yay ayları bir çoxumuz üçün ilin ən gözəl aylardır. Bu ayları hamilə keçirdiyiniz üçün çox şeyi itirdiyinizi düşünə bilərsiz, ancaq hamilə olduğunuz üçün tətildən imtina etməli deyilsiz. Həkimin məsləhətlərinə əməl etsəniz və diqqətli olsanız, siz də möhtəşəm tətil yaşaya bilərsiz. Aile.lent.az tətilə çıxan hamilələr üçün tövsiyələr təqdim edir.

Yola çıxarkən 1.5- 2 saatdan bir fasilə edin, 5-15 dəqiqə maşından düşüb piyada gəzin. Bununla həm də ayaq damarlarında laxta yaranmasının qarşısı alınar. Yola çıxarkən varikoz corablar geyinməyi unutmayın.

Hamiləliyin 34-cü həftəsindən sonra təyyarə ilə səyahət tövsiyə edilmir. Bu hamilələrin maşınla gedə biləcəyi yerlərə tətilə çıxması məsləhətdir.

Yol getdiyiniz üçün şişmiş və tərləmiş ayaqlarınızı soyuq su dolu bir ləyənə qoyun. Suya bir neçə damcı nanə yağı da damcılada bilərsiz.

Geyim olaraq sintetik olmayan, təri özünə çəkməyən açıq rəng pambıq paltarları geyinin. Tez-tez duş qəbul edə bilərsiz.

Hamiləlik zamanı alın, burun, yanaq və çənədə yaranan ləkələr doğuşdan sonra yox olur. Günəş işığı altında çox gəzməyin, gen geyimlər geyinin, şlyapa və gün eynəyindən mütləq istifadə edin.

Yay aylarında çox rastlanan vaginal quruluq və infeksiyalar üçün pambıqlı alt paltarları geyinin. Gündəlik bez istifadə etməyin, dar alt paltarı geyinməyin.

Anada düşmə, erkən doğuş təhlükəsi yoxdursa, hovuza, ya da dənizə girməsində bir problem yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir