Hamiləlikdə qaşıntıların səbəbi nədir?

Baxış sayı: 18. 497

Hamiləlik zamanı ortaya çıxan problemlərin ən qısa zamanda həlli uşağın sağlam inkişafı üçün çox mühümdür.

Hamilə qadınların sıx yaşadığı şikayətlərdən biri də dəri qaşıntılarıdır və bu, ilk aydan etibarən dəridə quruma, qabıqlanma şəklində özünü göstərir.

Əsasən ilk 3 ayda progesteron hormonunun artması ilə ortaya çıxan bu hal sonrakı aylarda bir az azalsa da, sona kimi davam edə bilər. Belə halda bədən nəmləndiriciləri dəri quruluğu üçün olduqca faydalı sayılır. Bundan başqa, hər dəfə çiməndən sonra dəriyə çəkilən körpə yağı da dərinin nəmli qalmasını və rahatlamasını təmin edir.

Çox zaman dözülməz hala gələn bu qaşıntıların müalicəsi mütləqdir.

Qaşıntıların səbəbi nədir?

Qaşıntıların səbəbi hələ də tam olaraq müəyyənləşməyib. Qarın bölgəsindən başlayıb qabıqlanma və qızartılarla yaşanan bu hal hamiləlik qaşıntısıdır.

Əl və ayaqlardakı qaşıntılara diqqət edin!

Hamiləliklərdə 1/200 sıxlıqda görülən, qaraciyər problemi olan “Hamiləlik qaraciyər kolestazı” erkən dövrdə qaşınma ilə özünü göstərir və irəli zamanlarda da sarılıqla nəticələnə bilər.

Belə halda qaşıntı əl və ayaqlarda sıx yaşanır. Bəzən isə bütün bədənə yayılır. Hətta gecə yaşanan qaşıntılar hamilələrin yetərli yuxu yatmasını əngəlləyir.

Tam səbəbi bilinməsə də, hamilələrin 2/3-i hamiləlikdə bu problemlə qarşılaşır.

Öd yollarının hamiləlik zamanı yüksək esterogen hormon təsiri ilə daralması, öd turşularının qaraciyərdən atılmamağı, qana qarışması ilə bağlı olduğu düşünülür.

Hətta bəzi qadınlarda həmin yerin qaşınması ilə qızarma və qanama ola bilər. Bədənin hər yerində qaşınma izləri olur. Körpənin doğumu ilə birgə bütün bu şikayətlər azalır. Qaşıntı ilə birgə gözlərin ağlarında saralma, sidiyin rəngində tündləşmə, nəcisdə rəngin solğunluğu rastlanır. Halsızlıq, yorğunluq və iştahasızlıq da görülür.

Hamiləlik zamanı qaraciyər kolestazında qaraciyər funksiya testləri, hepatit testləri, qanda öd turşularının diaqnoz edilməlidir.

Bu problemi yaşayan analarda ana bətnindəki körpənin ölümü və körpənin oksigensiz qalması, erkən doğum kimi mənfi hallar yaşanır. Laxtalanma yaşanması ehtimalı olduğundan hamilə qadın doğuşdan əvvəl mütləq müayinə edilib, K vitamin inyeksiyası edilməlidir. (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir