sızanaq

Hamiləlikdə sızanaqları azaltmaq üçün TÖVSİYƏ

Baxış sayı: 5. 262

Sızanaq problemi sadəcə yeniyetməlik dövründə yaşanmır. Hər yaş qrupunda görülmə ehtimalı olan sızanaq yetkin insanlarda daha inadçı olurlar. Hamiləlik zamanı da bəzi hormonlarda yaşanan artım və dəridə yağlanmanın çoxalması ilə sızanaq yaranır.  Hamiləlikdə artan androgen hormonu sebum artımına səbəb olur. Bu da bakteriyaların çoxalmasını asanlaşdıraraq, sızanaqlar yaradır.

“Gencaile.az” Aile.lent.az-a istinadən hamiləlikdə sızanaqları azaltmaq üçün tövsiyələr təqdim edir:

– Üzünüzü əllərinizlə gündə 2 dəfə sabunla, ya da təmizləyici məhsulla yuyun.

– Üzünüzü yuduqdan sonra dəsmalla yavaşca qurulayın. Əgər ovalayaraq qurutsanız, bu, sızanaqları artıra bilər.

– Nəmləndirici istifadə edirsinizsə, yağsız olmasına diqqət edin.

– Sızanaqları sıxmayın, ovalamayın.

– Hamiləlikdə qidalanmanıza diqqət edin. Ədviyyatlı, acı qidalar yeməyin.

– Baxım məhsulları istifadə etmədən əvvəl doğum həkimi və dermatoloqla məsləhətləşin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir