Yaponiya unikal ölkədir. Həm təbiəti, həm mədəniyyəti, həm də ənənələriylə. Həmçinin burada qeyri-adi bacarıqlara malik insanlar yaşayır. Onların yaratdığını isə yalnız Yaponiyada görmək mümkündür. Halbuki bütün dünya bu “ixtiralar”dan faydalana bilər.
“Gencaile.az” “Adme.ru” saytının materialı əsasında Yaponiyada yaradılan 16 maraqlı “ixtira”nı təqdim edir. Siz də görəndən sonra “əhsən” deyəcəksiz.
Yanacaqdoldurma məntəqəsi
Yaponiyada yanacaq şlanqları yuxarıdan asılır. Bununla da yaponlar hansısa vəziyyətlərdə şlanqın qısalığından əziyyət çəkmirlər.
Ticarət aparatları
Yaponlar öz vaxtlarına böyük dəyər verirlər. Bəlkə də bu üzdən belə ticarət aparatlarını yaradıblar. Burada təkcə çips və şokolad yox, hətta qızardılmış kartof, bişmiş yumurta, ev heyvanları üçün yemək və makaron da satılır.
Kompakt avtomobil dayanacağı
Yaponiyada 127 milyon insan yaşayır. Odur ki, burada əraziyə qənaət prioritet vəzifədir. Məsələn, hansısa supermarketin yanında ikiyaruslu dayanacağa rast gəlmək olar. Həm rahatdır, həm də əlverişli.
Korlar üçün konservləşdirilmiş içkilər
Görmə qabiliyyətini itirən insanlar da bankanın içində hansı içkinin olduğunu bilməlidir. Yaponlar buna da çarə tapıb. Bu ölkədə üstündə korlar üçün yazı olmayan bir dənə də alüminium içki bankası tapa bilməzsiniz.
Çanta üçün nəzərdə tutulan stul
Hamının başına gələn problem. Hardasa oturanda çantanızı stulun başından asırsınız. Ancaq tez-tez yerə düşür. Yaponlar bu problemi çox asanlıqla həll edib: stulun baş hissəsində yarıq açıblar. Bu stulda çanta heç vaxt yerə düşə bilməz! Əla ideyadır, deyilmi?
Ayaqlar üçün vannalı qatar
Beləsini heç yerdə görməyəcəyiniz dəqiqdir. Yaponiyada içində ayaqlarınızı isti suya qoya biləcəyiniz vannası olan elektrik qatarına bilet ala bilərsiz. Bu, dincəlməyə, gərginliyi aradan qaldırmağa xidmət edir.
Küçədə burun üçün kağız dəsmal – PULSUZ!
Xəstələnmisiz? Sağlam olun və burun dəsmalını götürün. Yaponiyada sizə belə deyəcəklər. Bu dəsmalları küçələrdə təqdim edirlər. Əlbəttə ki, pulsuz!
Çoxfunksiyalı unitaz
Yaponiyada tualet otaqları çoxfunksiyalıdır. Burada qoyulan unitazlar demək olar hər şeyi bacarır: əlillərə kömək edir, özü təmizləyir, hətta qızdırıcı funksiyası da var.
Stress atmaq üçün vasitə
Aydın məsələdir ki, yaponlar çox işləyir. Çox işləmək isə daimi stress deməkdir. Belədə stressi aradan qaldırmaq üçün ən yaxşı vasitə nə ola bilər? Əlbəttə, əl oyuncağı… Yaponlar sonsuz hava baloncuqları olan brelok fikirləşiblər. İstədiyin qədər partlat və stress at…
Taksidə avtomatik qapılar
Yaponların avtomatlaşdırmaya olan sevgisinin daha bir təzahürü. Yaponiyadakı taksilərin çoxunda qapılar avtomatikdir. Odur ki, sizə “qapını asta çırpın” deyən olmayacaq.
Sadəcə yatmaq üçün mini otellər
Arada olur ki, öz-özünüzə deyirsiz, balaca bir otaq olardı, 1-2 saat gözümün qurdunu öldürərdim. Yaponiyada bunun üçün mini otel otaqları yaradılıb. İnsanlar bura sadəcə yatmaq üçün gəlir.
Musiqili yollar
Yaponiyada elə yollar var ki, oradan keçəndə xoş melodiya səslənir. Belə baxanda xırda bir şeydir. Ancaq uzun yolçuluq zamanı belə məqamlara ehtiyac olur.
Pişikli kafe
Pişiklər rahatlıq və mehribanlıq əlamətidir. Və yaponlar da bunu anlayır. Bu üzdən onlar bir neçə kafe açıb ki, oranın əsas xüsusiyyəti çoxsaylı pişiklərin olmasıdır.
Kotasu – qızdırıcılı stol
Belə stolun altından heç kim çıxmaq istəməz. Kotasu ədyallı və qızdırıcılı stola verilən addır. XIV əsrdə kəşf olunsa da, Avropda bu stola nadir hallarda rast gəlinir.
Xəbərdarlıq sistemi
Ölkənin bütün ərazilərində xüsusi ucadanışan mikrofonlar var. Bunlar məsələn, zəlzələ və ya sunami kimi təhlükəli vəziyyəti xəbər vermək üçündür. Adi vaxtlarda günün birinci yarısında musiqi səslənir. İkinci yarısında isə uşaqların evə getməsi üçün xəbərdarlıq edilir.
Nəhayət, Yaponiyada işdə yatmaq olar
İş günündə nahardan sonra yuxu gələndə nə edirsiz? Yaponlar bununla mübarizə aparmaq problemindən azaddır. Bu yuxuya yaponlar “inemuri” deyir. Mənası təxminən “gəldisə, yatmalısan” deməkdir. Siz hətta iclas zamanı müdirin gözləri qarşısında da oturduğunuz yerdə yata bilərsiz…