temizlik

Hansı 10 əşyanızı hər gün təmizləməlisiniz?

Baxış sayı: 1. 123

Bəzi insanlar hər həftə, bəziləri isə 15 gündə bir evlərini təmizləməyi üstün tuturlar. Evlərini uzun fasilələrlə təmizləməyi üstün tutanlar da var. Bununla birlikdə, təmizlənmə qaydasından asılı olmayaraq, sağlamlığınız üçün hər gün bəzi əşyaları gigiyenik qaydalara əməl etməklə təmizləməlisiniz! Haradan başlamaq lazım olduğunu dəqiq bilmirsinizsə, bu siyahını sizin üçün təqdim edəcəyik!

Beləliklə, hər gün təmizləməli olduğunuz 10 əşyanı təqdim edirik:

1) Üzüklər

Hər gün aksessuar kimi taxdığınız və ya nişan üzüyünüz varsa, diqqətli olun. Heç vaxt barmağınızdan çıxarmadığınız bu üzüklərin təmizliyini gündəlik işinizə əlavə edin. Tədqiqatlar üzük taxan insanların əllərində taxmayanlara nisbətən daha çox bakteriya olduğunu ortaya qoyub.

2)Duş başlığı

Duş başlığının davamlı su axıtması özünü də təmizləməsi anlamına gəlmir. Duşun başını vaxtaşırı təmizləmirsinizsə, orada bakteriyalar böyüyə və nəfəs aldığınız zaman ağciyər infeksiyası riskini artıra bilər.

3) Sükan

Avtomobilin içərisindəki bir çox yer zərərli bakteriyaların əla mənbəyidir. Hər gün avtomobilinizi təmizləmək istəməyə bilərsiniz, ancaq heç olmasa əllərinizlə toxunmazdan əvvəl sükanı silməklə çox sayda mikrob öldürə bilərsiniz.

4) Qapı tutacaqları

Hər gün çöldən evə gələndə çirkli əllərimizlə toxunduğumuz ilk yer haradır? Əlbəttə, qapı tutacaqları! Yaxşı təmizlənməmiş qapı tutacaqlarında sağlamlığımıza təsir edə biləcək yüzlərlə mikroorqanizm ola bilər. Koronavirusun ötürülməsinin qarşısını almaq üçün onları tez-tez təmizləyin.

5) Klaviatura

Hər gün istifadə etdiyimiz kompüterlər indi həyatımızın daimi hissəsidir. Bəs, hər gün toxunduğunuz klaviaturanı nə qədər müddətdən bir təmizləyirsiniz? Klaviatura müxtəlif bakteriaların mənbəyidir, çünki çox toxunuruq. Antibakterial nəm salfetlər ilə sadə bir təmizlik də bizi mikroblardan qoruya bilər.

6) Pult

Hər gün toxunduğumuz digər bir əşya pultlardır. Tədqiqatçılar təmizlənməmiş pultların maya, kif və bakteriya yuvası olduğunu bildirirlər. Bu səbəblə günün sonunda pultunuzu təmizləmək üçün bir neçə dəqiqə vaxt ayırmağa çalışın.

7) Elektrik açarı

Evi təmizləyərkən elektrik açarlarını təmizləmək çoxumuzun ağılına gəlmir. Ancaq onlar mikrobların və bakteriyaların gizləndiyi yerlərdir. Bunu sübut etmək üçün aparılan tədqiqatlar otel otağında ən çirkli yerin məhz elektrik açarları olduğunu ortaya çıxarıb.

8) Hamam otağı

Əllərimizi, dişlərimizi yumaq üçün gündə dəfələrlə istifadə etdiyimiz kranlarda 50 mindən çox bakteriya bəslənir. Onları hər gün təmizləməklə sağlamlığımızı qoruya bilərik.

9) Diş fırçası

Diş fırçalarımız hər gün dişlərin səthindəki qida hissəciklərini təmizləyir. Hamam otağında diş fırçamızı açıq saxlamağınız daha da təhlükəli ola bilər. Bu səbəblə, hər gün bir antibakterial ağız yuyucusu ilə bakteriyaların evi olan diş fırçalarını təmizləmək sağlamlığımız üçün faydalı olar.

temizlik

10) Pəncərə önləri

Kir hissəcikləri yataq otağımızdakı pəncərələrin önünə yapışa və yatdığınız anda nəfəs alarkən allergiyaya səbəb ola bilər. Hər gün yatmazdan əvvəl yataq otağınızdakı pəncərələrin önünü silməklə daha dərin və yaxşı bir yuxuya sahib ola bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir