masin

Hansı avtomobillər daha davamlıdır?

Baxış sayı: 605

Avtomobilin davamlılığı həm uzun illər bir dəfə maşın alan sürücülər, həm də yaxşı qalan avtomobil axtaranlar üçün vacibdir.

ABŞ-ın avtomobil bazarını araşdıran iSeeCars.com saytı təkrar bazarda satılan 13,8 milyondan çox avtomobili araşdıraraq hansı modellərin 200 000 mil (320 000 km) məsafəyə qədər sürülməsinin mümkünlüyü ehtimalını müəyyənləşdirib. Bu baxımdan ən yaxşısı “Toyota” olub, ondan sonra “Honda”, üçüncü yerdə isə Amerika istehsalı GMC qərarlaşıb.

“Toyota”ların 1,7 faizi o qədər uzun ömür sürür ki, bu da bütün avtomobillər üçün orta göstərici olan 0,8 faizdən iki dəfə çoxdur. Honda bu göstəriciyə görə 1,5 faz dəyər qazanıb.

“Toyota” və “Honda”nın uzunmüddətli etibarlılıq tarixini nəzərə alsaq, onların reytinqdə ilk iki yerdə olmaları təəccüblü deyil”, -saytın baş direktoru Fonq Li deyib. Amerika brendləri, əsasən GMC, “Chevrolet”, RAM və “Ford” reytinqdə orta səviyyədən yuxarıdadır.

Ən dözümlü avtomobillər

Böyük avtomobillər ən çox 320.000 kilometr məsafə qət edənlərdir. Siyahıya 7,4 faiz xalla “Toyota Sequoia” başçılıq edir. Onun ardınca  Amerikanın “Chevrolet Suburban” və “Ford Expedition” gəlir. Liderlikdə qərarlaşan “Toyota”nın ilk 14-lükdə altı modeli var.

“Sequoia” kimi böyük avtomobilləri yük maşınının çərçivəsi ətrafında qurulur, ona görə də onlar güclüdür və 8 nəfərə qədər yerləşə bilən geniş kuzova malikdir”. – Li Fonq deyib.

Onun fikrincə, “Toyota” etibarlılığı ilə tanınır: “Bizim tapıntılarımız göstərir ki, bunlar funksional ailə avtomobilləridir və uzun illər öz sahiblərinə xidmət edəcək”.

İlk 14-lüyə daha iki “Toyota” avtomobili daxildir – 4Runner və Highlander Hybrid. “Sequoia” kimi, 4Runner də çərçivə üzərində qurulub, o qədər də böyük olmasa da, geniş baqajı və üç sıra oturacaqları var”, – Li Fonq əlavə edib.

Bu avtomobillərin mənfi tərəfi onların yüksək yanacaq sərfiyyatıdır, lakin “Highlander Hybrid” öz sinfində ən aşağı yanacaq sərfiyyatına malikdir və üç sıra oturacaqlıdır.

“General Motors”un bütün avtomobilləri, “Chevrolet Suburban”, “GMC Yukon” və “Yukon XL” və “Chevrolet Tahoe” eyni platformanı və bir çox ümumi hissələri paylaşır ki, bu da bu məşhur ailə avtomobillərinin niyə eyni davamlılıq reytinqlərinə malik olduğunu izah edir”, iSeeCars baş direktoru əlavə edib.

Eyni şəkildə, “Ford Expedition” və ən yaxşı 14 lüks markanın yeganə “Lincoln Navigator”u eyni qrup tərəfindən hazırlanır və buna görə də çox oxşardır.

Pikapların iSeeCars.com reytinqində üç nümayəndəsi var. Bunlar “Honda Ridgeline”, “Toyota Tacoma” və “Toyota Tundra”dır. Təkcə bu üç pikap modeli seqmentin orta göstəricisi 1,8 faiz olduğu halda 3 faizdən çox təşkil edib.

İlk 14-lükdəki yeganə sedan “Toyota Avalon”dur. Reytinqə mikroavtobusların nümayəndəsi – “Honda Odyssey” də daxil edilib

Bu iki avtomobil, həmçinin “Honda Accord”, “Toyota Sienna”, “Toyota Prius”, “Chevrolet Impala”, “Ford Taurus”, “Toyota Camry” və “Camry Hybrid”, “Honda Civic” də daxil olmaqla, ən davamlı 10 minik avtomobili siyahısına başçılıq edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir