hediyye

Hansı bürclər necə hədiyyələri almağı sevir?

Baxış sayı: 785

Hər hansı özəl bir gün üçün hədiyyə almağa tələsirsinizsə, tək olmadığınızdan əmin olun. Saat, ətir və ya çərçivə? Bu klassik hədiyyələrdən bezmisinizsə və hələ də sevgilinizə hansı hədiyyə alacağınıza əmin deyilsinizsə, astrologiyadan kömək ala bilərsiniz. Hansı bürclər necə hədiyyələri almağı sevir?

 

Qoç

Bu çox yönlü və sərgüzəştli işarə üçün idman ləvazimatları hədiyyə etmək yaxşı bir fikir ola bilər. Qış idman növləri ilə maraqlanırsa, xizək dəstləri və ya paltar hədiyyə edə bilərsiniz. Əgər evdə idmanla maraqlanırsa, qaçış zolağı, yaxud azərkeşi olduğu futbol komandasının oyununa aldığınız bilet də onu sevindirəcək. Texnologiyanı sevdiyindən, həyatını asanlaşdıracaq bir elektron cihaz da hədiyyə edə bilərsiniz. Qoçlar bədəndə baş bölgəsini təmsil edir, buna görə də saç baxımı məhsulları, eynəklər və ya sırğalar onu sevindirəcək hədiyyə ola bilər.

 

Buğa

Yeməkdən böyük ləzzət alan Buğa bürcüləri evdə yemək hazırlamağa və ya gözəl bir restoranda şam yeməyinə meylli olurlar. Evini çox sevdiyindən dekorasiyanı təmin edəcək gözəl, dibçəkdə çiçəklər və ya antik əşyalar hədiyyə edə bilərsiniz. Ev geyimləri, tərlik və dəsmallar da onların sevdiyi hədiyyələr sırasındadır.

 

Əkizlər

Öyrənməyi sevən Əkizlər üçün kitablar, xüsusi hazırlanmış qələmlər və maraqlandığı mövzu ilə bağlı bir kurs hədiyyə edə bilərsiniz. Ünsiyyət qurmağı və məlumat almağı asanlaşdıracaq cihazlar da onları sevindirəcək. Bədəndəki əlləri təmsil edən Əkizlər bürclərinə üslublarına uyğun olması şərti ilə üzüklər, bilərziklər və əlcəklər də verə bilərsiniz.

 

Xərçəng

Su xərçəng bürcləri üçün həyat deməkdir. Sevgililər günündə onları su hövzəsi yanında yerləşən bir yerə tətilə apara bilərsiniz. Romantik Xərçəng üçün dəbli geyim əşyaları və ya aksesuarlar almağınız tövsiyyə olunur. Romantik film DVD-ləri, dekorativ ev əşyaları və yüngül çiçəkli ətirlər ideal hədiyyə alternativi ola bilər.

 

Şir

Hər şeydən əvvəl Şir sevgiliniz üçün hansı hədiyyə alırsınızsa, “yüksək keyfiyyətli” olmağına diqqət yetirin. Onlar hədiyyənin verilməsi qaydasına da baxırlar. Bu bürclərə xüsusilə sarı rəngli əşyalar verə bilərsiniz. Markalı geyimlər, orijinal ətir, keyfiyyətli bir saat və ya antik əşyalar siyahınızda ola bilər.

 

Qız

Qız bürcləri onların sağlamlığına və şəxsi qayğılarına böyük əhəmiyyət verdiyindən bu sahələrdə alacağınız hədiyyəni düşünə bilərsiniz. İdman mərkəzinə üzvlük, spa və ya masaj, dəriyə qulluq məhsulları ilk növbədə düşünə biləcəyiniz alternativlər arasındadır… Paltar və aksesuarlar, hobbilər daxil olmaqla kurslar, təhsil kitabları və s. hədiyyələr onların üzünü güldürəcək. Sevgililər günündə onu ovsunlamaq istəyirsinizsə, həmişə almaq istədiyi, lakin ala bilmədiyi bir şeyi hədiyyə edin.

 

Tərəzi

 

Tərəzi bürcləri xarici görünüşlərinə çox diqqət yetirirlər, buna görə modanı yaxından izləyirlər. Dəbli geyim və aksessuarlar hədiyyə alternativi kimi qəbul edilə bilər. Onları bir rəqs şousuna, teatr oyununa və ya kinoteatra apara bilərsiniz. Tərəzilər dəbdəbəli və o qədər də asan olmayan şeylərə cəlb olunur. Bu tərzdə olan bir əşya, geyim və ya aksesuar onu xoşbəxt edəcək.

 

Əqrəb

Əqrəb insanlarına sirli tərəfini təmsil edən qara rəngli və ya ehtirasını əks etdirən qırmızı rəngli əşyalar hədiyyə edə bilərsiniz. İş həyatlarına böyük əhəmiyyət verdikləri üçün dəri portfel, vizit kart yaxşı bir seçim ola bilər. Bir ətir almağa hazırlaşırsınızsa, mütəmadi olaraq qalıcı və seksual olan ətirlərə üstünlük verməlisiniz. Əqrəb insanları üçün satın alına bilən hədiyyələr arasında dedektiv filmlər və kitablar da var.

 

Oxatan

Oxatan tam bir səyyahdır. Bu səbəbdən səyahət edərkən həyatını asanlaşdıracaq düşərgə geyimləri və ya xatirələrinizi əbədiləşdirəcək bir kamera hədiyyə edə bilərsiniz. Sərgüzəştli olduqları üçün birlikdə iştirak edə biləcəyiniz maraqlı kurslar da alternativ bir hədiyyə olar. At sürmə, döyüş və ya motor idmanı maraq doğuracaq. Qəlbini qısa bir müddətdə qazanmaq istəyirsənsə, sürpriz bir səfərə aparın.

 

Oğlaq

Bu bürcdən olan şəxslər pratikliyi sevir. Onlar getdikcə dəbdəbəli əşyaları bəyənirlər. Alacağınız zərif hədiyyələr onların ürəyincə ola bilər. Hədiyyələr siyahısına maraqlı kitab, gözəl geyim də aiddir. Oğlaqlar sürprizləri elə də çox sevmirlər. Ev əşyası, hər hansı dekor hədiyyə edə bilərsiniz. Hədiyyə seçərkən təbii (natural) əşyalar seçməyiniz tövsiyə edilir, taxta əşyalar və s. Eyni zamanda evdə hazırladığınız axşam yeməyi də gözəl hədiyyə sayıla bilər.Əntiq əşyalar onu xoşbəxt edə bilər. Xaricdən gələn ekzotik hədiyyələr, getmək istədiyiniz yerə biletlər və incə şərablar hədiyyə kimi düşünə bilərsiniz.

 

Dolça

Dolçaların çox yaxşı yumor hissi vardır. Onlar diqqət mərkəzində olmağı sevirlər. Bu bürcün əksər nümayəndələri intellektual insan olur. Tarix və incəsənət onları valeh edir, eyni zamanda təbiəti də sevirlər. Zövqləri incədir, sərt hədiyyə almaqdan çəkinin. Dolçalar cəmiyyət içində gözəl vaxt keçirə bilərlər, ancaq sevdikləri insanla təklikdə qalmaq da yaxşı fikirdir. Onlar üçün ən yaxşı hədiyyə qeyr-adi əşyalar, yeni texnoloji cihazlar, maraqlı incəsənət nümunələri ola bilər. Kitab da daim öyrənmək həvəsində olan dolça üçün ideal hədiyyədir. Teatra bilet, sevdiyi müğənninin mahnılarından ibarət CD də ala bilərsiniz.

 

Balıqlar

Bu bürcdən olan insanlar xəyal etməyi sevirlər. Onlar sentimental və romantikdirlər. Onlar üçün maraqlı sahələr, incəsənət, zinyət əşyaları çox əla olar. Balıqlara hədiyyə seçiminə həssas yanaşın. Onlar gözəl görünüşlü hər şeyi sevirlər. Onlar okeanın uşaqlarıdır, beləcə su ilə bağlı hədiyyə seçimləri də edə bilərsiniz. Sentimental olduqları üçün onlara ailə şəkillərini toplayıb verə bilərsiniz. Fotoaparat da gözəl seçim sayılır. Musiqi ilə aidiyyatı olan hər hansı bir əşya yaxşı hədiyyədir. Hədiyyənizi təqdim etdiyiniz zaman romantik ortam yaratsanız daha çox bəyəniləcəyinə əmin olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir