Qoç Bürcü
İşdə, karyerada bəxtləri daha çox gətirir, müdrikdirlər, başqalarının dişini qıracaq çətin işləri qorxmadan boyunlarına götürürlər və burda da şans üzlərinə gülür. Azartlı oyunlarda da bəxti gətirən Qoçlar üçün ən böyük oyun həyatın özüdür. Onlar Marsın övladlarıdır axı, məğlubiyyət nədir bilmirlər. Qanları qaynayır, hər şeyə yarış, mərc kimi yanaşırlar, onları nəticədən çox, prosesin özü həvəsləndirir. Ona görə Qoçlardan əla döyüşçü, idmançı olar. Qoçları müdiriyyət daha tez mükafatlandırır, maaşını artırır. Bu kimi xüsusiyyətlərinə görə ətrafında olan azşanslı dostlar və kolleqalar onun həsədini çəkir.
Buğa Bürcü
Onların bəxti pulda gətirir, hətta işsiz otursalar belə (adətən belə olur, çünki onlar tənbəl olmasalar da, iş tapmaqda çətinlik çəkirlər) pulsuz qalmırlar. Həmişə elə adam tapılır ki, onlara
qədər çox pulu olsa, özünü bir o qədər xoşbəxt hiss edir. Nəyəsə yatırım etməkdə də əlləri gətirəcək. Xərçənglər banka gedər, hesabında nə qədər pul varsa, çıxarıb bir layihəyə, işə sərmayə edər, o puldan da artıq qazancla çıxar. Onların ailə və ev qur-maqda da taleyi gətirir, çünki Xərçəng böyük evdar və təsərrüfatçıdır. Xarakterindəki bəzi nöqsanları və tez alışmağı ol-masa yaxşı olar. Xərçəngin devizi: “hamı evə”-dir. O, ailə üzvlərinin sevimlisidir. Əsas odur ki, Xərçənglər nostalji hisslərə qapılıb darıxmasınlar, həmişə ümidli və enerjili olsunlar, o zaman doğularkən onlara verilən şans həmişə işləyəcək.
Şir Bürcü
Yaxşı insanlar sarıdan onun bəxti gətirir. Şirlər cəmiyyətin gözü ola bilir. Eqoizm, hirs və hətta eqosentrizmə baxmayaraq, bu bürcü etibarlı dostlar əhatə edir və onları həmişə xatırlayırlar. Özü də yaxşı mənada. Şirin bəxti bir əsas şeydə gətirib: nadir halda etiraz və imtina alarlar. Nə istəsələr, sanki qanundur. Onların alış-verişdə də əlləri gətirir. Hətta az gəlirləri olsa da elə şeylər alırlar ki, hamı onlara həsəd aparır, bahalı geyindiyini düşünür. İntim sahədə də şanslıdırlar, kimi istədilər tora salırlar, kimi istəmədilər, atırlar. Qəlbləri və yataqları boş qalmır.
Qız Bürcü
Bu zərif bürcün sakinləri Tanrı dərgahında bürclərə bəxt və şans paylananda tamam başqa cərgədə, başqa bir şey üçün növbəyə durublarmış. Bu, inadcıllıq və məqsədlikdir. Ona görə şansları elə də üzdə deyil. Qızlara hər şeyi öz zəhmətləri və alın təri, müəyyən müddətə əldə etmək yazılıb. Bu onlarda alınır. Yazıqlara elə buna görə də həsəd aparırlar. Havayı və müftə heç nə əldə etmirlər. Tale onların qarşısına bəzən gözlənilməz uduşlar, fürsətlər çıxarır: kimdənsə havayı ev qalır, hədiyyə bilet və s. Qızların bəxti anadangəlmə bir şeydə gətirib: yüksək zövq. Onlar hər şeyi zövqlə edirlər.
Ona görə onların fikrini qiymətli bilirlər, onunla məsləhətləşirlər, onunla ünsiyyətə can atırlar. Öz növbəsində bu da bir növ bəxti-gətirməkdir və hər adama verilmir. Qızlar uğuru və şansı daim yanlarında görmək üçün gərək həmişə ruh yüksəkliyində olsunlar, əhvalları optimist və şən olsun, həmişə işıq saçsınlar.
Tərəzi Bürcü
Bu bürc sahibləri kökləndikləri, diqqətlərini yönəltdikləri və ürəkdən istədikləri şeylərdə şanslıdırlar. Qoy Tərəziləri ikifikirli, yüngül tip adlandırsınlar, amma onlar çox şarmlı və istədiyini əldə edəndir. Onlara yox demək mümkün deyil. Bu da onların üzdə olan bəxti sayıla bilər. Amma çox vaxt Tərəzilər taleyindən, bəxtindən şikayətçi olur Fortuna sizi sevir, sadəcə, könlünüz tutan şeyləri sizə verir. Axı həyatda hər şey 100 faiz ola bilməz. Tərəzilər ətrafdakılara xeyirxahlıq göstərib yaxşılıq etməyi artırmalıdır ki, uğur daima yanlarında olsun.
Əqrəb Bürcü
Onlar məşhur bəxti gətirənlərdir. Bəxt köynəyində doğulublar. Nəyə əl atırlarsa, qızıla çevrilir: istər sənətdə, işdə, istər sevgidə. Onların bəxtinin naturaları kimi qəribə sirri və mistikası var. Qarşı tərəfin gözündə onların qüsuru yoxdur, əslində isə nə qədər desən nöqsanı var. Sanki adamlar onun mənfi tərəflərini görmür. Əqrəblər insanın həyatına, sirlərinə müdaxilə edib hər şeyi öyrənə bilir və sonra bundan öz mənafeyi üçün istifadə edir. Amma Əqrəblər əldə etdiklərindən tez usanırlar və çox darıxırlar. Ona görə bəxtlərini özləri yatırırlar.
Oxatan Bürcü
Xoşbəxt axına tez düşürlər, Fortuna onlar üçün əlindən gələni edir və tez-tez münasib şərait yaradır. Bəzən Oxatanların bəxti onların beynindən qaynaqlanır. Məsələn, o, səyahət etməyi istəyir, oturaq iş istəmir, onda ona səfərlə bağlı iş düşür, təklif gəlir. Bəzən özü də belə üst-üstə düşmələrə təəccüblənir. Xüsusən sevgi və evlilikdə bəxti gətirir. Hətta nəsə itirsələr də, o tərəfdən başqa qapı açılır. Qələbəyə asanlıqla çatırlar, yəni bir o qədər zəhmət çəkmirlər. Bir tərəfdən insafsızlıq kimi görünür, amma neyləmək olar. Oxatanlar özlərini hər şeyin yaxşısına layiq bilirlər. Onlar əmindirlər ki, sabah bu gündən daha yaxşı olacaq.
Oğlaq Bürcü
Onlar kəşf, tapıntı və yenilik üzrə ən şanslı, bəxtəvər bürcdür. Oğlaqlar yerdən ən çox pulqabı, pul tapan adamlar olur. Getdiyi yerdə qarşısına nəsə çıxır, sakitcə götürürlər, sahibini axtarsalar da tapmırlar, bir səs yoxdur və bunun göydən sürpriz olduğuna inanırlar. Bu adam kollektivlə meşəyə göbələk yığmağa getsə, ən yaxşı, bol yer onun qarşısına çıxır və ən dolu zənbil onda olur. Bəziləri Oğlaqlardan qorxur, çünki onlar hər şeydə qarşılıqlı mənafe, məqsəd güdürlər. Adətən özlərini qurban ver-mirlər. Oğlağın sağlamlıq cəhətdən də bəxti var, fiziki baxımdan ən dözümlü və qüvvətli bürcdür.
Dolça Bürcü
Real aləmlə göyləri, fantaziya və xəyalları səhv salan Dolçaların bəxtləri də elə bundadır. Onlar öz fantaziyalarında yaşayırlar və özlərini inandırırlar ki, əslində belədir. Divan üstündə uzanaraq dünyanın o başına səyahətə gedirlər, pulları olmaya-olmaya beyinlərində hardasa bahalı yerdə alış-veriş edirlər və bundan gerçək həzz alırlar. Dolçaların bəxti ruletka, lotoreya, uduşlu oyunlarda gətirir. Dolçaların beyni kosmik eqreqora bağlıdır, onların arzusu reallaşmadıqda az üzülürlər, çünki bu olmadısa, beyində dərhal yenisi yaranır. Yeni informasiya onlara hər yerdən gəlir: filmdən, dostunun söhbətindən, nağıldan… Ona görə qeyri-adi peşələrdə və yeniliyə can atan Dolçalarda şans həmişə 100% işləyir. Onlar üçün maddiyyat sonuncu yerdədir.
Balıqlar Bürcü
İlk növbədə onları bununla təbrik etmək olar ki, Balıqlar digər bürclər arasında ən qeyri-adi, mistik bir qüvvəyə malikdir və digər insanlara asanlıqla hökm edə bilir. Onlarda bəxt bir-tərəfli işləyir: əgər işdə uğur varsa, deməli, sevgidə olmayacaq və ya əksinə. Əgər təsadüfən əlinə külli miqdarda pul, uduş gəldisə, bilsin ki, hansısa sahədə tam iflas olacaq. Sanki Fortuna sizinlə oynayır. Belə taleyə öyrəşmiş Balıqlar zamanla anlayır ki, əlində olana sevinməli və indiki halda xoşbəxt olduğunu duymalıdır. Yoxsa sabah nə olacağını heç kim bilmir. Bu bürcün sakinləri nadir halda taleyindən razı olur. Amma bilsinlər ki, bəxtləri o birilərindən heç də az deyil, birtərəfli olsa belə…