burcler

Hansı bürcün varlanmaq şansı daha çoxdur?

Baxış sayı: 1. 651

Dəbdəbə içində yaşamaq və böyük maliyyə ehtiyatının olması demək olar ki, hər bir insanın arzusudur. Hər kəsin varlı olmaq şansı var, amma bəzi bürclər digərləri ilə müqayisədə daha çox sərvət qazana bilir.

Məlum olduğu kimi, varlanmaq ayrı-ayrılıqda və ya cəm şəkildə iki xarakterik xüsusiyyətin nəticəsidir. Birincisi, bu, pulun ağılla xərcləməsi və insanın maksimum qənaətcil olmasından irəli gəlir. İkincisi isə, var-dövlət riskli sərmayə qoyuluşu nəticəsində şəxsin əlinə keçə bilər.

Pulunu səmərəli şəkildə xərcləyə bilən birinci tipə torpaq ünsürünə aid olan bürclər daxildir. Əqrəb, Dolça və Qoç bürcləri isə avantüralarda böyük uğur qazana bilirlər. Bu zodiakdan olanlar əməkdaşlıqda və nikahda da uğurla uyuşurlar.

Dünyanın ən zəngin insanları hansı bürcdəndir?

Araşdırma və statistikalar göstərir ki, dünyada ən zəngin insanlar daha çox Qız bürclərinə aid edilir. Bu da təəccüblü deyil, çünki onlar pulu düzgün xərcləməyi və və qənaət etməyi yaxşı bacarır. Qız bürcləri pulun nə qədərini istirahətə, nə qədərini ehtiyaclarına ödəmək və nə qədərini işə yatırmaq lazım olduğunu çox yaxşı bilir. Bu insanlar anadangəlmə qənaətcildir. Onlar bəxti gətirən bürclər qrupuna aid edilmir, bununla belə iti zehinləri və riyazi düşüncəsi öz işini görür.

Dünyanın ən varlı insanları

Bill Qeyts – Əqrəb, Uorren Baffet – Qız, Karlos Slim isə Dolça bürcündəndir. Milyarderlər arasında Qız bürcü daha çox üstünlük təşkil edir, amma ən varlısı Əqrəblərdir. Bu bürcün nümayəndələri ağıllı və şanslıdır, ən başlıcası isə israfçılığa qaçmır, daha böyük vəsait əldə etmək üçün qazandığı halal pulları investisiyaya qoyur.

Dolçalar həyatda oyunçudur, pul onlar üçün birinci yerdə dayanmır, onlar şübhəli və təhlükəli müəssisələrdən böyük gəlirlər götürməyə nail olur.

Qızlar isə yuxarıda dediyimiz kimi pulun ən yaxşı dostlarıdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Qız bürcləri ilə ortaq dil tapmaq müşkül məsələdir, ancaq bir halda ki, qarşılaşmısınız, deməli dil tapmaqdan başqa çıxış yolu görünmür, ömürlük yoldaşsınız.

Balıq bürclərini də xüsusi qeyd etmək lazımdır. Maliyyə məsələlərində onların bəxti gətirir. Lakin laqeydlik və əliaçıqlığı onlara mane olur. Bu mənfi xüsusiyyətlərinin öhdəsindən gələ bilən Balıqların həyatda bəxti çox gətirir, çünki onlar anadangəlmə yenilikçi və ixtiraçıdır.

Buğa və Qoçlar əks yanaşmanın tərəfdarıdırlar: Onlar bir qayda olaraq, yeniliyin əleyhinədir, daha çox zamanla sınanmış qaydalara əməl etməyə çalışırlar. Onlar göydən ulduzları tutmağa çalışmasa da, bununla belə varlı ola və maddi sıxıntılardan yaxa qurtara bilər.

Təsəlli hissəsi: Əgər bu siyahıda sizin bürcünüz yoxdursa, narahat olmayın. Buna görə kədərlənməyə dəyməz. İstənilən insan öz ağlı, əziyyəti və qabiliyyəti sayəsində çoxlu pul qazana bilər. Bunun üçün sadəcə bir azca bəxt, şans və səy göstərmək lazım gələcək. Biz hər kəsə sevdiyi işlə məşğul olmağı və həmin işdə çoxlu pul qazanmağı arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir