Hamımız yaxşı bilirik ki, həkim resept yazanda dərmanları yeməkdən əvvəl, yoxsa sonra qəbul etməklə bağlı xüsusi qeydlər edir.
“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, bəzi qidalar dərmanının təsirini azalda, hətta əks təsir göstərə bilər. Bəs hansı məhsullarla hansı dərmanları qarışdırmaq olmaz?
Təzyiq dərmanı ilə banan
Təzyiq dərmanları bədənimizdəki kalium miqdarını artırır. Lakin kalium həddən artıq olduqda ürəkdə müəyyən problemlər yarana bilər. Banan başda olmaqla, göyərti və portağal da kaliumla zəngin məhsullardır.
Xolesterin dərmanı ilə qreypfrut
Qreypfrut və qreypfrut şirəsi qan dövranında xolesterin dərmanının səviyyəsini artırır. Bu da dərmanın əks təsir göstərməsinə və ayaq ağrısına gətirib çıxarır.
Qan durulaşdırıcı ilə zoğal çayı
Qan durulaşdırıcı dərman istifadə edərkən zoğal çayı içən xəstələrin qanında qeyri-adi dərəcədə durulaşma müşahidə olunur ki, bu da təhlükəli ağırlaşmalara yol aça bilər.
Qan durulaşdırıcı ilə ispanaq
İspanaq və digər göy-göyərtidə olan K vitamini qan durulaşdırıcı dərmanların təsirini azaldıraq laxtalanma riskini artıra bilər. Kələm ilə gül kələmi də istifadəsi məsləhət görülməyən tərəvəzlərdir.
Antibiotiklər ilə süd və süd məhsulları
Süd və süd məhsullarında olan kalsium antibiotiklərin təsirini azaldır. Dolayısı ilə bu da antibiotiklərin təsirini yox edə bilər. Odur ki, süd və süd məhsulları yedikdən dərhal sonra antibiotik qəbul etməyin. Ən azı bir-iki saat keçməlidir.
Bakterial infeksiya dərman vasitələri ilə işlənmiş ət
Tərkibində amin turşuları ehtiva edən hisə verilmiş ət və ya kolbasa kimi işlənmiş məhsulları yedikdən sonra bakterial infeksiya dərmanları qəbul etmək olmaz. Əks halda təzyiqin qəfil yüksəlməsinə yol aça bilər. Banan, avokado, şokolad və spirtin tərkibinə də amin turşuları daxildir.
Tiroid dərmanları ilə qoz
Qoz və digər lif baxımından zəngin qidalar tiroid dərman vasitələrinin orqanizm tərəfindən sorulmasına mane olur. Tiroid dərman vasitələrində olan kimyəvi maddələrin yaxşı sorulması üçün onu yatmazdan əvvəl qəbul etmək təklif edilir.
Ürək çatışmazlığı dərmanı ilə biyan kökü
Qara biyan kökündə olan qliserin ilə diqoksinin birləşməsi ürək döyüntüsünün pozulmasına səbəb olur. Biyan kökü eyni zamanda təzyiq dərmanı, ağrı kəsici, doğum həbi və qan durulaşdırıcıların təsirini azaldır.