“Tikinti və Şəhərsalma Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Bu cür evin tikintisinə icazə tələb olunmur”.
Bu sözləri vəkil Asif Abdullayev deyir.
Asif Abdullayev bildirdi ki, sifarişçi aşağıdakı hallarda tikinti işlərinə başlaya bilər:
“Tikinti işləri aparmaq istəyən şəxs tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyətinə məlumat verir və tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma bölməsini yoxlanılması üçün həmin orqana təqdim edir. İcra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər”.
Ceyhun Əhmədli