Hansı halda sevən adamların ürəyində problem yarana bilər?

Baxış sayı: 1. 489
Qarşılıqsız sevgi ilə birgə yaşanan kədər həmin insanlarda gələcəkdə ürək çatışmazlığı kimi ciddi problemlərə yol aça bilər. 
İngilislər tərəfindən bu xəstəlik “Broken heart” (“Qırıq qəlb”) adlanır. İnsan stress, kədər və həyatında mühüm bir dəyişiklik yaşadığında ürəyində bəzi dəyişikliklər olur. Bununla yanaşı, insanda göbələk infeksiyasına bənzəyən əlamətlər, halsızlıq, yüngül qızdırma, yatağa bağlı olmaq kimi problemlər ortaya çıxır.
“Qırıq qəlb” xəstəliyinin daha çox həssas insanlarda rastlandığını bildirən həkimlər bu xəstəliyin əsl səbəbinin tam məlum olmadığını deyiblər. Əsasən gənc insanlarda rast gəlini və xoşagəlməz, üzücü nəticələrə səbəb olur. Bu cür xəstələr ilk olaraq döş qəfəsində ağrılar, halsızlıq, ayaqlarda şişmə kimi əlamətlərdən şikayət edərlər.
“Qırıq qəlb” xəstəliyinin tam olaraq bir müalicəsi yoxdur. Adi bir dərman müalicəsi ilə bu xəstənin şikayətlərini azaltmaq olar. Ancaq ən əsas müalicə, insanı üzən şeyi ortadan qaldırması, xəstənin öz bədəninə sağalması üçün ümid verməsidir. Ya sevgisinə qovuşmalıdır, ya da qarşılıqlı sevgi yaşamalıdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir