Düzgün bədən formasına sahib olmaq üçün qidalanmağınıza diqqət etməklə yanaşı, idmanla məşğul olmağınız şərtdir. Qaçdığınız və təkərli velosipeddə idman etdiyiniz zaman daha çox kalori itirdiyinizi bilirdiniz? “Gencaile.az” Foxy.az-a istinadən bir saatda 500 – dən çox kalori itirməyinizə kömək edəcək idman hərəkətlərini təqdim edir.
13 km/s surətlə qaçış: 986 kalori
Taekvondo: 730 kalori
İp atlama: 730 kalori
Qaçış trenajoru: 657 kalori
Yavaş və templi qaçış(8 km/s): 584 kalori
Bel çantası ilə yürüyüş: 511 kalori
Xizək: 511 kalori
Aerobik: 511 kalori
Unutmayın! Bu kalori hesabı hər kəs üçün eyni olmaya bilər. İdmanın təsiri sizin çəkinizdən və başqa faktorlardan da asılıdır.