icki

Hansı ölkə hansı ənənəvi içkisi ilə məşhurdur?

Baxış sayı: 1. 758

Çika – Perunun evdə hazırlanan qarğıdalı pivəsidir. Perunun kiçik kəndlərində qapısına süpürgə və ucuna qırmızı torba asılan evlər görsəniz, bilin ki, içəriyə girib ləzzətli Peru Çikası içə bilərsiniz.

Klub Mate – Argentina, Boliviya, Peru, Çili kimi ölkələrdə “soyuq çay” kimi içilən Mate gecə həyatı mədəniyyətinin ən vacib parçasıdır. Kafein kimi oyandırıcı təsiri olan soyuq çayı gecə klublarında verərkən, vodka üçün yer açacaq qədər içirsiniz, sonra üzərinə alkol əlavə edilir.

Fernet Kola (Argentina) – Həzmə kömək edən, ədviyyatlı Fernet Kola çox məşhurdu və ən çox kola ilə içilir.

Qlühveyn – Əsasən qış aylarında, Yeni il ərəfəsində çox içilən isti və ədviyyatlı şərabdır.

İnca Kola (Peru) – Kolanın orijinal xam maddəsi olan koko yarpağı və çəyirdəyi, markanın qırmızı rənginin Peru bayrağından ilham aldığını bilirdinizmi? Peruda qazlı limonlu içki görsəniz, mütləq için.

Melvin ya Melon con Vino (Çili) – Yemişin qapağını kəsib içinə ağ şərab, çiyələk tikələri və bəzən nanə yarpaqları ataraq hazırlanan və yemişin stəkan kimi istifadə edilərək içildiyi ləzzətli yay içkisi.

Pimm’s (İngiltərə) – Yay aylarında likör, limonad, nanə yarpaqları, çiyələk və xiyarla hazırlanan əsl yay içkisidir.

Pisko Sour – Peru və Çili arasında “Ən çox bizim” mübahisəsinə səbəb olan Pisko,  likörə limon suyu, sirop və yumurta ağı qatılaraq hazırlanan kokteyldir.

Terremoto (Çili) – Dünyanın ən çox inqilab olan ölkəsində hazırlanan və içildiyində inqilab təsiri yaradan bu içki,  Santiaqoda La piajaro adlı yerdə kəşf edilib. Tərkibində tam olaraq nə olduğu bilinməsə də, Fernet, Pipeno şərabı, sirop və ananaslı dondurma olduğuna əminik. İçərkən qana elə bir şey qarışır ki, bədən yerindən oynayır.

Gold strayk (Hollandiya) – Tərkibində qızıl parçaları olan bu darçınlı likörün bir nəfəsə  içilməsi məsləhətdir. Qızıl parçaları boğazdan keçərkən yaranan kiçik yaralar sayəsində alkol qana daha tez qarışır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir