iran

Hansı ölkədə xəyanət necə cəzalandırılır? – DƏHŞƏTLİ FAKTLAR

Baxış sayı: 1. 971

Bütün zamanlarda xəyanət qəbul olunmaz sayılıb və hamı tərəfindən qınaqla qarşılanıb. Əvvəllər buna görə insan edam olunardı, amma müasir dövrdə xəyanət o qədər də qeyri-adi sayılmadığı üçün cəzalar da yüngülləşib.

“Gencaile.az” xəyanətə görə ən qəddar cəzaları olan ölkələri və həmin dövlətlərdə mövcud olan cəzaları təqdim edir. Qeyd edək ki, cəzalara daha çox qadınlar məruz qalır.

Türkiyə

Qadının xəyanətini bilən kimi, pişiklə bir torbaya qoyub qadın ölənə kimi zəncirlə vurmağa başlayırdılar.

Koreya

Xəyanət edəni şişənə kimi sirkə içməyə məcbur edirdilər. Daha sonra ölənə kimi çubuqla döyərdilər.

Amerika

Amerikada yaşayan qəbilələrdə xəyanət edən qadının sümüklərini əzərək bir neçə yerdən qırıb sonra hamılıqla ətini yeyərdilər.

Pakistan

Burada şəriət qanunlarına görə, aldatmış qadın asılaraq edam olunurdu.

Afrika

Afrikada yerləşən Luanq adlı balaca krallıq, xəyanət edən qadını və məşuqunu dağdan aşağı atardılar. Bəzən isə yalnız qadını. Nəticə isə məlumdur.

Siam

Günahkarı xüsusi düzəldilmiş qurğunun içərisinə qoyaraq ağzını bağlayıb fili çağırardılar. Təbii, belə görüşdən sonra qadının sağ qalma ehtimalı yoxdur.

Şimalı Birma

Bu ölkədə qızın boğazına uşaqlıqdan boynu uzadan xüsusi halqalar taxılır. Günah işlədən qadın onları dərhal çıxardır. Aydındır ki, deformasiyaya uğramış fəqərə sümüyünə görə halqalar çıxandan sonra sadəcə ölürdülər.

Əfqanıstan

Xəyanətə görə qadına 100 qamçı vurulur və onu həbsxana gözləyir. Bütün bunlar talibanların hakimiyyəti zamanı qanuna daxil olunmuşdu.

Yeni Qvineya

Papuaslarda indiyə kimi xəyanət etmiş insanlara sərt cəzaları mövcuddur. Bu dəfə kişini öldürürlər. Ölümdən əvvəl isə məşuqəsinin barmağını yeməyə məcbur edirlər. Orada olsanız, qızların əllərinə baxmağı unutmayın.

İran, Səudiyyə Ərəbistan, Sudan, Nigeriya

Xəyanət etmiş qadınları daşqalaq edirlər. Kişilər isə danlaqnan canını qurtarır. 1990-cu ildə mövcud olan qanuna görə, qadını kişi qohumlarından biri məhkəməsiz qətlə yetirə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir