suvenir

Hansı ölkədən nə almaq olar? – FOTOLAR

Baxış sayı: 681

Hər kəs səyahət etməyi sevir. Demək olar kı, hər turist getdiyi yerdən ora məxsus yadigar bir suvenir gətirməyə çalışır.  Bu gün sizə  gətirə biləcəyiniz ənənəvi hədiyyələrdən və milli sənət nümunələrindən bəhs edəcəyik.

 

Rumıniya

Rumıniya dedikdə ilk növbədə ağıla gələn bir çox filmlərin qorxunc qəhrəmanı, məşhur vampir Qraf Drakula gəlir. Filmlərə əsasən Qraf Drakulanın vətəni Rumıniya sayıldığına görə, burada bir çox suvenirlər belə onun şərəfinə hazırlanır. Məsələn, burada məşhur vampirin  şəkili olan qeyri-adi qablar və yaxud stəkanlar əldə edə bilərsiniz.

 

Avstraliya

Burada ən çox yayılan suvenirlərdən biri bumeranqdır. Hesab olunur ki, məhz Avstraliya bir vaxtlar qorxu yaradan bu silahın vətənidir.  Hal-hazırda bumeranqlar  əsasən suvenir kimi hazırlanırlar. Onları müxtəlif materiallardan – agacdan tutmuş şüşə-liflərədək  hazırlayırlar. Lakin onlardan  ən qiymətlisi yerli aboriqenlərin hazırladıqları və  əllə bəzədilmiş bumeranqlar hesab olunur.

Avstraliyada geniş yayılan suvenirlər arasında məşhur bəstəkar Amadey Motsartın şərəfinə hazırlanan “Motsartkuqel” konfeti çox məşhurdur. Həmin konfet qara şokolad, marzipan və fındıqdan düzəldilir. Konfetin üstündə məşhur bəstəkarın şəkili olur.  Qeyd edək ki,  adətən Avstraliyaya səyahət edən turistlər  vətənlərinə qayıdarkən mütləq bu şokoladdan alırlar.

Avstraliyada məşhur olan və turistlər tərəfindən sevilən digər suvenir isə kenquru dərisindən hazırlanan alışqanlardır. Kenquru Avstraliyanın ən sevimli heyvanlarından biri olduğuna görə, burada bir çox suvenirlər bu üslubda hazırlanır.

 

Kanada

Kanadanın əsas simvollarından biri ağcaqayın yarpağı sayılır. Buna görə bu ağacdan hazırlanan sirop Kanadanın ən məşhur suvenirlərindən biridir. Məhz buna görə  ağcaqayın ağacından hazırlanan bu sirop balaca qablara süzülərək həm turistlərə, həm də yerli əhaliyə satılır.

 

Hindistan

Hamımız bilirik ki, Hindistanda fil müqəddəs heyvan sayılmaqdadır. Məhz buna görə, burada  suvenirlər bu üslubda hazırlanır . Bunu da əlavə edək ki, həmin suvenirlər turistlər tərəfindən çox sevilir.

Bu ölkədə, həmçinin  doqquz qiymətli daş-qaşdan ibarət olan “Navaratna” boyunbağısı almaq olar. Dəyərli siyahısına suvenirlər daxil olan  bu boyunbağı brilliant, qırmızı korall, mirvari, zümrüd, yaqut, ləpis, sarı topaz və pişik gözü kimi daşların qarışığından hazırlanır. Daş-qaşın hər biri bir planetin simvoludur. İnduizmdə “navaratna” xüsusi sehrli keyfiyyətləri ilə tanınır . Qədim inanclara görə bu boyunbağı üzərində daşıyanın həyatına müsbət enerji gətirir.

 

Niderland

Əslində Hollandiyanın özünəməxsus bir çox maraqlı suvenirləri var. Məsələn, taxtadan düzələn dəyirmanlar, lalə gülündən  hazırlanmış suvenirlər və digərləridir. Lakin bu ölkənin ən sevilən suveniri  olan taxtadan hazırlanan rəngarəng çəkələklər hər kəs tərəfindən çox sevilir.

 

Almaniya

18-ci əsrdə Berlində inşa edilən “Bradenburq qapıları” Almaniyanın gəzib-görməli ən gözəl məkanlarından biridir.  Almaniyanın simvoluna çevrilən bu abidəyə bənzər kiçik qapılar hazırlanır. Adətən bu suvenirlər brelok və ya balaca heykəllər formasında olurlar.

 

İsrail

İsrailin adını çəkən kimi insanın  ağlına ilk olaraq din, dinə aid atributlar gəlir. Bu da təsadufi deyil. Üç dinin birləşdiyi,əksər dinlərin yarandığı məskəndə doğrudan da ƏKSƏR dinlərə aid adamlara, yeməklərə, yerlərə və suvenirlərə rast gəlmək olur. Ən məşhurları xəmsə işarəli müxtəlif suvenirlər, bəzək əşyalarıdır, sonra minora, davidin ulduzu, təkkə papaqlardır. Xanımların İsraildə alış-verişinin baş qəhrəmanı isə Ölü dəniz məhsullarından olan kosmetik vasitələrdir. Tərkibində Ölü dənizdən əldə edilən mineral və duzlardan hazırlanmış şampunlar, müxtəlif kremlər, maskalar yerli xanımlar arasında da çox məşhurdur. Qiymətləri istehsal firmasına görə dəyişir.  Bir məqamı mütləq vurğulayaq  ki, İsrail limanında 5-6 yerdə yoxlama olur, çamadanlar tam açılır və içindəki hər bir şey tək-tək yoxlanılır. Ən kiçik şübhə doğuran nə isə tapsalar onu götürürlər. Bu səbəbdən dükanlardan nə isə satın almaq istədikdə satıcılardan hava limanında keçirə bilib bilməyəcəyinizi mütləq  dəqiqləşdirin.

 

Gürcüstan

Gürcüstan öz milli koloriti və rəngarəng suvenirləri ilə məşhur olan ölkələr sırasındadır. Məsələn, Tbilisinin Şarden küçəsi və ətrafı balaca suvenir dükanları ilə aşıb daşır. Gürcütanda olduqda  mütləq milli koloriti daşıyan bir şeylər almaq lazımdır- süfrə arxasında nahar  edən gürcü kişilərin əks olunduğu qablar, milli geyimli gürcü qadın və ya kişilərin kuklaları, xanımların çox sevdiyi minankari emalından hazırlanan bəzək əşyaları, saxsı saxlama qabları, xüsusən də şərab,su bardaqları. Qida məmulatlarına gəldikdə isə sulquni pendiri, çurçxella şirniyyatı, tkemala sousu, “Kindzamarauli”, “Saperavi” şərabı, “Çaça” və saymaqla bitməyən nemətləri tövsiyə etmək olar.

 

Fransa

Parisə səyahət etsəniz  onda  dost-tanış çevrəniz  üçün  ən azı 10-15 ədəd Eyfel qülləsinə aid suvenirlər, dəqiqliyi ilə  desək breloklar almaq məsləhətdi. Daha sonra Monmartrdan alınmış kiçik də olsa rəsm əsərləri, Paris Disneylendinə yolunuz düşsə disney cizgi filmlərinə aid fincanlar və oyuncaqları alış-veriş siyahınıza əlavə edə bilərsiniz

 

Rusiya

Rusiya dedikdə ilk növbədə ağıla matryoşkalar gəlir. Matryoşkalar fərqli ölçü və formada olur, hər zövqə və cibə uyğun olanını tapmaq mümkündür. Rusiyanın digər suvenirlər sırasına  “Valenki” adlanan toxunma yun çəkmələri də daxildir. Onlar dekorativ olmaqdan savayı həm də praktikdir. Bundanda əmin ola bilərsiz ki,  qışda ayaqlarınızı daha isti saxlayacaq heç nə tapmayacaqsınız.

 

Çexiya

Çexiyada farfordan olan evciklərə hər suvenir satılan dükanlarda  rast gəlmək olar. Adətən onlar Praqa evlərinə bənzər tərzdə hazırlanırlar.  Belə evcikləri, adətən, divardan asırlar. Lakin son zamanlar onları klassik maqnitlər ilə birgə satırlar.

 

Mərakeş

Babuşi – ənənəvi Mərakeş ayaqqabısıdır. Dəridən hazırlanan itiburunlu belə ayaqqabı Türkiyədə və Şimali Afrikanın bəzi ölkələrində geniş yayılıb. Lakin ən əsas istehsalçı Mərakeş sayılır. Babuşilərin ən qeyri-adiləri  Fesdə satılır.  Qeyd edək ki, burada ən keyfiyyətli dəri – safyan istehsal olunur.

 

Bolqarıstan

“Martenisa” Bolqarıstanın ən populyar suveniridir. “Martenisa” qırmızı və ağ yun iplərdən düzəldilmiş bir amulet hesab olunur. Ağ rəng kişilik rəmzidir, qırmızı isə (qan rəngi) qadın, sağlamlıq, doğum rəmzidir.

“Martenisa” Bolqarıstanda  Yeni İl üçün hazırlanır. Bolqarıstanın Yeni İli 1 mart tarixində qeyd olunur. Məhz bu gün orda yeni təsərrüfat ilinin başlanğıcı hesab olunur. Bolqar ənənələrinə görə, Yeni İlin ilk günündə bu amuleti ya ağaca, ya da öz boynunuza asmağınız lazımdır. İnanca görə, o, sahibinə sağlamlıq, gözəl şans gətirə, gözdən və cadudan qoruya biləcək. Belə tip amuletlər Makedoniyada, Macarıstanda və Albaniyada geniş yayılıb.

 

Xorvatiya

Braç adasında məşhur Braç daşından hazırlanan suvenirlərə rast gəlmək olar. . Braç daşı hələ qədim Roma memarlarının sevdiyi və arxitekturada geniş istifadə etdikləri xüsusi ağappaq əhəngdir. Dünyada Braç daşı ilə üzlənmiş  bir çox binalar var. Məsələn, Diokletianın Splitdə sarayı və Vaşınqtonda Ağ Ev.

 

Danimarka

Kopenhagendə qoyulmuş Hans Kristian Andersenin nağılının baş qəhrəmanı olan Kiçik Su pərisi heykəli təkcə şəhərin deyil, bütün ölkənin əsas simvoluna çevrilib. Danimarkanın demək olar ki, bütün mağazalarında satılan su pərisinin miniatür heykəlləri həm turistlər, həm də  yerli əhali tərəfindən  çox sevilir.

 

Finlandiya

Finlandiyanın məşhur olan suvenirlər sırasına “Kuksa” daxildir. Kuksa – Finlandiyanın suvel, ya da ağcaqayın ağacından düzəldilmiş qədəhidir. “Kuksa”nın  hazırlanmasından sonra onun uzun zaman qalması üçün qaynar yağ ilə hopdururlar. Adətə görə, bu bokalları tutacağından bel kəmərindən asırlar. Kuksa çox davamlı bokaldı, onda  hətta qaynar çay da içmək olar.

suvenir 1

suvenir 2suvenir 3

suvenir 4suvenir 5suvenir 6suvenir 7suvenir 8

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir