Məlumdur ki, bütün orqanlarımızın gün ərzində aktiv olduğu müəyyən vaxtlar var. Bu vaxtları bilməklə biz onların daha yaxşı fəaliyyətini təmin edər və onların çox zora düşməsinin qarşısını almış olarıq.
Ağciyərlər gecə saat 3-dən səhər 5-ə kimi aktiv işləyir.
Saat 5-dən 7-yə kimi qalın bağırsağın fəaliyyəti başlayır. Bu aralarda ayağa qalxmısınızsa, yaxşı olar ki, su içəsiniz, həmçinin quru meyvələr yeyə bilərsiniz.
7-dən 9-a qədər mədə işləməyə başlayır. Bu vaxtlarda yaxşı olar ki, sıyıq və müsli yeyəsiniz. Bunlara meyvə və qoz qatmaq da olar.
Bir az sonra saat 9-dan 11-ə kimi mədə istirahət edir. Mədəaltıvəzi aktiv çalışmağa başlayır. Yaxşi olar ki, meyvə və ya yağsız qatıq yeyilsin. Günorta naharına yaxın 11-dən 13-ə qədər ürək aktiv çalışır, yemək yeyilməsi məsləhət deyil. Əgər yemək yeyilərsə, şorba, ya salat yeyilməsi məsləhətdir.
13-dən 15-ə qədər yoğun bağırsaq aktiv hərəkət edir.
Böyrəklər və sidik kisəsi 15-dən 19-a kimi intensiv işləməyə başlayır. Bu aralarda çoxlu maye içmək lazımdır. Axşam yeməyinə toyuq, balıq, krivetka, həmçinin qarnir kimi pörtlənmiş tərəvəzlər məsləhətdir.
Saat 19-dan 21-ə kimi böyrəklərin istirahət vaxtıdır. Buna görə, bu aralar mayeni az içmək lazımdır, həmçinin yemək lazım deyil. Bu saatlarda qan dövranı intensiv hərəkət edir. Axşam gəzintisi üçün ən yaxşı vaxtdır.
21-dən 23-ə kimi istədiyiniz işlə məşğul olmaq olar.
23-dən 01-ə kimi mədəaltıvəzin funksiyası işə başlayır. Qətiyyən heç bir yağlı qida yemək olmaz. Yalnız az meyvə yeyə bilərsiniz. Gecə 1-dən 3-ə kimi qaraciyər işləyir.
Yaxşı olar ki, bu saatlarda hər kəs özünə diqqət etsin. Qidalanmasını vaxtında yerinə yetirsin. Səhər yeməyi ilə günorta yeməyi və naharla axşam yeməyi arasında 5-6 saat ara olmalıdır. Axşam yeməyi ilə yuxu vaxtı arasında 3-4 saat vaxt olmalıdır.