xerceng

Hansı orqanların xərçəngi irsən ötürülür?

Baxış sayı: 977

Xərçəng hazırda ən çox yayılmış xəstəliklərdən birinə çevrilib. Çox ailələr bu dəhşətli xəstəliklə dəfələrlə qarşılaşırlar. Ona görə də xəstəliyin inkişafında bir genetik meyliliyin olması barədə suallar yaranır.

Amerika Xərçəng Assosiasiyasının mütəxəssisləri hesab edirlər ki, bütün növ şişlərin yalnız 5% -dən 10% -ə qədəri genetik mutasiya ilə əlaqəlidir. Qalan 90-95% hallarda xərçəng ətraf amillər və həyat tərzinin təsiri nəticəsində yaranır.

Alimlər ən çox irsi keçən onkoloji şişlərin növlərini açıqlayıblar. Belə xəstəliklərə reproduktiv orqanların (yumurtalıqlar və süd vəzi) və həzm sisteminin xərçəngi daxildir. Genetik test və vaxtında tibbi müayinə xərçəng şişlərinin olma ehtimalını əvvəlcədən müəyyənləşdirməyə kömək edir.

Mütəxəssislər iddia edirlər ki, “ailə xərçəngi” özünü kifayət qədər erkən büruzə verir, çünki insan orqanizmində doğulandan mutasiya olmuş hüceyrələr olur. Siqaret çəkmə, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma kimi zərərli vərdişlər hüceyrənin işinin pozulmasına səbəb olur və bu prosesi daha da sürətləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir