evlilik pese

Hansı peşə sahibləri daha tez sevgili tapırlar?

Baxış sayı: 2. 095

Son araşdırmalarda isə məlum olub ki, sevgili tapmaqda peşənin də rolu var. Belə ki, bəzi sahələrdə sevgili tapmaq digərlərinə görə daha asandır. Tabloid.az Rusiya mətbuatına istinadən həmin sahələrın adlarını açıqlayır:

  1. Əyləncə
  2. Məlumat
  3. Texnologiya
  4. Sağlamlıq
  5. Peşəkar xidmətlər

Aparılan araşdırmada məlum olub ki, sevgilisi olmayanlar sevgilərini iş yerində də tapa bilərlər. İşləyən insanların 40 faizi həyatlarında bir dəfə də olsun iş yoldaşına aşiq olub. İşdə məhəbbətin əksəriyyəti sosial mühitlərdə formalaşır.

Araşdırmalarda iştirak edənlərin 6 faizi sevgilisi çox işlədiyi üçün sevgilisindən ayrıldığını, yetəri qədər pul qazanmadığı üçün tərk etdiyini, ya da sevgilisinin peşəsini bəyənmədiyini etiraf edib.

Eyni peşə sahiblərinin bir-biri ilə bölüşə biləcəyi məqamlar daha çox olur. Problem olanda yanında həll edə bilən birinin olması çox yaxşıdır. Bundan başqa, bəzi işlərdə bir-birinizə kömək edə bilərsiniz.

İşdən sonra görüşmək, nahar fasiləsi, kollektivin hazırladığı tədbirlərdə çox zaman birlikdə olacaqsınız. Bütün bunlar ofisdəki gərginliyi azaldan faktorlardır. /Tabloid.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir