geyim

Hansı qadınlar kişiləri cəzb etmir? – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 1. 431

Kişilər alış-veriş etməyə nifrət etsə də ən azı, qadınlar qədər geyimə önəm verirlər. Bəs əks cinsin nümayəndələri qadınların hansı geyim stillərini bəyənir?

Bir qadın gözəl geyinirsə, o demək deyil ki, özünü kişilərə, ya da qadınlara bəyəndirmək məqsədi daşıyır. Ətrafdakıların onu bəyəndiyini eşitmək xoşuna gəlsə də birinci növbədə öz eqosunu təmin edir. Eqosunu təmin edən qadın özünü əla hiss edir. Amma sevgidən söhbət gedirsə, hiss etdirməsələr də qadınlar sevdiyi kişinin xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxırlar.

Kişilər zənn edildiyi kimi çox hündürdaban və çox açıq-saçıq geyimlərdən deyil, minimalizmin öz sözünü dediyi geyimlərdən xoşu gəlir. Bu yazıda kişilərin ürəyincə olan geyim stillərini təqdim edirik.. Siyahıda 10 geyim yer alıb.

 

Maksi donlar – Kişilər qısa don geyinən xanım görən zaman gözlərini çəkə bilməsə də uzun donları çox bəyənirlər. Kişilər bu cür donları uzun boylu qadınlara daha çox yaraşdırırlar. Ona zəncirli çanta əlavə etsəniz, daha diqqətçəkici ola bilərsiniz. Maski donlar seçərkən, onun çox qabarıq olmamasına fikir vermək lazımdır.

 

Gül təsvirləri – Kişilər zebra və leopar kimi iddialı təsvirləri sevməsələr də gül təsvirlərinə böyük rəğbət bəsləyirlər. Çünki qadınlar bu geyimlərdə daha romantik və zərif görünürlər. Gündəlik üslubunda bu stilə üstünlük verən qadınlara heyran olurlar. Floral printləri olan geyim dəstlərində minimal olmağa diqqət göstərin və çox qabarıq fiqurlardan qaçın.

 

Düz ayaqqabılar – Kişilər yerində və düzgün geyimlə uyğunlaşdırılan hündürdaban ayaqqabıları xoşlayırlar. Amma hər gün hündürdaban geyinən qadınlar onları cəzb etmir. Belə ki, kişilər hesab edir ki, hər gün hündürdaban geyinən qadınların tələbləri və istəkləri daha çox olur. Buna görə də belə qadınlardan uzaq durmağa çalışırlar. Kişilər gündəlik stilində düz ayaqqabılara, baletkalara üstünlük verən qadınları daha çox bəyənirlər.

 

Dondurma rəngləri – Yumşaq və ürək açan dondurma rəngləri kişilərə çox çəkici gəlir. Çox əlvan rənglərə dözümlü olmasalar da yumşaq tonları çox bəyənirlər.

 

Uzun boyunbağılar – Kişilər eyni anda bir neçə aksessuarların istifadə edilməsindən narahat olurlar. Zərif, dəyişik və incə aksessuarları bəyənən kişilərə dekolteni örtən kolyelər çox çəkici gəlir. Məsələn, kürək dekoltesinə taxılan uzun boyunbağılar qadını daha da cazibədar göstərir.

 

Plaşlar – Yaz aylarının ən sevilən üst geyimləri arasında plaşlar birinci gəlir. Plaşlar təkcə kişilərin bəyəndiyi deyil, həm də hər bir qadının qarderobunda olmalı olan geyim əşyasıdır. Bol kəsimli paltoları və jaketləri xoşlamayan kişilər sadə, rəsmi geyimləri daha çox xoşlayırlar.

 

Dar şalvarlar – Ombalarınız və ayaqlarınız icazə verirsə, dar şalvarları rahatlıqla geyinə bilərsiniz. Dar cinslər həm kişilərin, həm də qadınların favori geyimidir.

 

Qələm ətəklər – Kişilər sevdiyi xanımın əynində qısa modellər deyil, onu xanım-xatın göstərən geyimlər görmək istəyir. Onların ən çox sevdiyi geyimlər siyahısında qələm ətəklər də var.

 

Bol köynəklər – Kişilər özünəməxsus, amma sərhədləri aşmayan stili olan qadınları bəyənirlər. Buraya bol kəsimli köynəklər də daxildir. Gündəlik üslubunuza bol kəsimli mavi köynək əlavə edərək onu özünüzə heyran qoyun.

 

Fərqli çimərlik geyimləri – Klassik bikinilərdən uzaq durmaq vaxtı gəldi. Kişilər dayanmadan bikininin o tərəf-bu tərəfini düzəldən qadınları sevmirlər. Onlar əyinə yaxşı oturan, fərqli modelləri daha çox bəyənirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir