qoca

Hansı qidalar bizi vaxtından əvvəl qocaldır?

Baxış sayı: 433

“Nə yeyirsənsə, osan” ifadəsini xatırlayırsınızmı? Bunun həqiqətə nə qədər yaxın olduğunu təsəvvür edə bilərsinizmi? Yediyimiz qidalar bizi təkcə zülallar, yağlar və vitaminlər şəklində enerji və mineral maddələr ilə təmin etmir. Yanlış qidalar erkən yaşlanmaya səbəb ola bilər. Aşağıda bu barədə geniş məlumat ala bilərsiniz:

Qidalarla yaşlanma arasında nə əlaqə var?

Bədənin yaşlanmasının yediyimizdən asılı olaraq sürətləndiyi və ya yavaşladığı sübut edilmişdir. Bəzi qidalar bədənimizdə turşuluğu artırır.

Bədəndə turşuluq çox olduqda, toxumalarda xroniki iltihab başlayır. Hüceyrələr az enerji istehsal edir, detoksifikasiya prosesləri çox yavaşlayır, bütün daxili sistemlərin fəaliyyəti pozulur – bütün bunlar sürətli qocalmaya səbəb olur.

Bizi daha tez qocaldan qidalar

Çipslər – Yəqin ki, təəccüblənmədiniz– çipslər bibaşa ürək-damar sisteminə zərbə vurur.

Enerji içkiləri– burada da hər şey aydındır. Enerji içkilərində kofein o qədər yüksəkdir ki, onları müntəzəm içmək bədənin susuzlaşmasına səbəb ola bilər.

Qəhvə – artıq içilən qəhvə bədəndən kalsium, kalium, natrium və B vitaminlərini süzür, həmçinin insultun inkişafına kömək edir.

Şorabalar – turşusuz yaşaya bilmirsinizsə, unutmayın ki, bu, mədə selikli qişasının pozulmasına gətirib çıxarır və onu kanserogenlərə, toksinlərə və digər zərərli maddələrə qarşı müdafiəsiz edir. Qastrit və ya xora ilə üzləşə bilərsiniz.

Kolbasa – cəmi 1 qram kolbasa həyatınızın 27 saniyəsini alır. Bunu Miçiqan Universitetinin alimləri hesablayıblar, ona görə də səhər bir neçə sendviçin sizə nə qədər başa gələcəyini özünüz hesablaya bilərsiniz.

Qızardılmış ət – tavada və ya qrildə fərqi yoxdur, qızartma zamanı ətdə zərərli və hətta təhlükəli maddələr əmələ gəlir. Qızardılmış ətin həddindən artıq istehlakı xərçəng, diabet və ürək xəstəlikləri riskini artırır.

Çoxlu meyvə– bu siyahıda gözlənilməz qonaq

Meyvə yeyirsinizsə, bu, insulin istehsalının artmasına səbəb ola bilər. Üstəlik, fruktoza, su və lif səbəbindən mədə şişir və daha yemək istəmirsiniz. Yalnız meyvə yeməklə isə vücudunuz lazımi qidaları almayacaq.

Az su içmək– kifayət qədər sadə, təmiz su içməsəniz, bədəninizi tam detoks etmək imkanından məhrum edirsiniz. Üstəlik, yorğunluq yaranır və performans azalır, həzm və qidanın udulması prosesləri pozulur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir