Nermine Abbasova

Hansı qidalar infarkt və insultun qarşısını alır?

Baxış sayı: 454

Bir çox xəstəliklər vardır ki, onlar qanın laxtalanmasının çox olması səbəbindən baş verir. Bu xəstəliklərə infarkt, insult, tromboflebit, venaların varikoz genəlməsi və s. aiddir. Sadalanan xəstəliklərin əmələ gəlmə səbəbini birləşdirən ortaq nöqtə qanın laxtalanma qabiliyyətinin çox olmasıdır. Qanın laxtalanma qabiliyyəti çox olduqda o damarlarda normal dövr edə bilmir və hərəkət etdiyi nahiyələri lazımınca qidalandırmır. Bu ən çox beyin qan damarlarında baş verdiyi zaman daha təhlükəli olur.

Qan dövranının zəifləməsi qanın işlədiyi yeri yetərincə oksigenlə qidalandırmadığı üçün həmin nahiyələr oksigen aclığı yaşayır. Bu orqanizmin istənilən orqan və toxumalarında baş verə bilir. Qanın yaxşı işləmədiyi nahiyələrdə isə infarkt,i nsult və bu kimi müxtəlif xəstəliklər meydana çıxır. Bunun baş verməməsi üçün isə xəstələr uzun müddət qan duruldan dərmanlardan istifadə edir. Amma bəzi qidalar da vardır ki, onları qida rasionunuza daxil etməklə siz qanınızın laxtalanma qabiliyyətini normallaşdıra bilərsiniz. Bu yazıda qanın tərkibinin dəyişilmsinə təsir edən qida maddələr haqda danışacağıq.

infarkt

1) Qanı duruldan qidalar

Çoxlu su için. Su dedikdə mütəxəssislər təbii bulaq suyunu nəzərdə tutur. Hər böyük adam ən azı gün ərzində 2-2,5 litr su içməlidir. Bu ən çox isti havalarda vacib sayılır. Bol içilən təbii su qanda trombların əmələ gəlməsinin qarşısını alır. Bundan başqa mütəxəssislər profilaktika məqsədilə qanın laxtalanmasının azalması üçün aşağıdakı qidalardan istifadə etməyi məsləhət bilir:

* zeytun və kətan yağı

* alma sirkəsi

* sarımsaq və soğan (mütəmadi olaraq istifadə etmək)

* limon

* günəbaxan tumu

* çuğundur

* tomat və pomidor

* zəncəfil

* moruq, çiyələk, böyrütkən, albalı.

Bu sadalananların hər gün ən azı ikisinin süfrədə olması qanın laxtalanmasının qarşısını alır.

insult

2) Qanın laxtalanmasını sürətləndirən qidalara aşağıdakılar aiddir:

* ət bulyonu

* kolbasa və sosiska

* hisə verilmiş qidalar

* ağ çörək

* qaymaq

* bağayarpağı

* banan və manqo

* bəzi bitki çayları (pişikotu, qarğıdalı saçağı, aloe, dəvədabanı)

İnfarkt

3) Qanı az miqdar qatılaşdıran maddələr

* siqaret

* spirtli içkilər

* çoxlu duz qəbulu

* sidikqovucular

* hormonlar dərmanlar.

Mütəxəssislər qanın normal işləməsi və bütün toxumaları qidalandırması üçün çoxlu piyada gəzməyi, idmanla məşğul olmağı məsləhət bilirlər.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir