siqaret

Hansı qidalar siqareti tərgitməyə kömək edir?

Baxış sayı: 1. 622
“Siqaretə və nikotinə ehtiyac hiss etdiyiniz zaman artıq çəki problemi yaratmayan badımcan yeyib bu tərəvəzin tərkibindəki nikotinlə bu hissi aradan qaldıra bilərsiniz. Süd içdikdən sonra çəkilən siqaretin dadı pis olduğuna görə, bu qidanın qəbulu da siqaretdən uzaqlaşmağa yardım edir.
“Gencaile.az” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu mütəxəssis-dietoloq Aslıhan Küçük deyib.
Dietoloq bildirib ki, siqareti tərgitmək və sağlam bədənə sahib olmaq üçün banan yemək də faydalıdır: “Banan həm siqaretdən uzaqlaşmağa, həm də onun mənfi fəsadlarını aradan qaldırmağa yardım edir. Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti tərgitmək istəyənlər bir ay müddətində bir stəkan pomidor suyu içməklə özlərini rahat hiss edə bilərlər. Araşdırmalara görə, iyirmi gün boyunca iki yemək qaşığı yulaf sıyığı yemək də nikotin asılılığını azaldır”.
Mütəxəssisin sözlərinə görə, bəzən insanlar siqareti tərgidə bilmək üçün əllərinə keçən çərəzləri, şokoladı yeyirlər ki, bu da artıq çəkiyə səbəb olur. Dietoloq deyib ki, bu cür çərəzlər yerinə xiyar, təzə və quru meyvələr yemək daha məsləhətdir. Xüsusilə, kök və kivi suyu içməklə nikotini bədəndən atmaq olar:“Siqareti tərgidənlər bol-bol su içməli, fiziki aktivliyə üstünlük verməlidirlər. Fiziki aktivlik siqareti tərgidənlər üçün problem yaradan stressi də aradan qaldırır. Sarımsaq yemək isə ağciyərləri təmizləyir. Bu məqsədlə əmənkömənci çayı istifadə etmək də faydalıdır”.
Həkim qeyd edib ki, nikotin insanın dad almaq duyuğusuna təsir etdiyi üçün onu tərgitdikdən sonra qidaların dadı daha yaxşı hiss olunmağa başlayır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir