geyim

Hansı rənglər bir-biri ilə daha uyğundur? – KOMBİNLƏR

Baxış sayı: 591

Rənglərin insan psixologiyasına təsiri hamıya məlumdur. Onların ən çox işləndiyi yer isə geyimlərdir. Paltar seçərkən onun görünüşünə diqqət etməklə yanaşı, həm də rənginə fikir veririk. Rənglər insanın əhval ruhiyyəsini qaldıra və ya onda ruh düşkünlüyü yarada bilər. Zövqlü insanlar da bəzən rənglərin uyğunlaşmasında çətinlik çəkir.

Geyiminizdə rəngləri bir-biri ilə uyğunlaşdırmaqda çətinlik çəkirsiniz?

O zaman sizə bir neçə rəng kombini tövsiyələrini təqdim edirik: 

 

Sarı – mavi

Sarı və parlaq mavinin birləşməsi sizdə sərt görünüş yarada bilər. Amma sarını açıq tonlu mavi rənglərlə birləşdirməyə çalışsanız, daha yumşaq bir harmoniya əldə edə bilərsiniz. Tünd mavi və tünd sarı tonlar da birlikdə çox yaxşı görünür.

Yaşıl – qırmızı

Yaşıl və qırmızını bir araya gətirdikdə çox parlaq görüntüyə səbəb olur. Bu rənglərin kombinasiyası ən ziddiyyətli birləşmələrdən biri kimi hesab olunur.

Sarı-yaşıl

Sarı və yaşıl rəng çarxında bir-birinə ən yaxın olan iki rəngdir. Buna görə də geyimlərdə nə qədər istifadə olunmasından asılı olmayaraq, bir-birini həmişə tamamlayır.

Yaşıl-bənövşəyi 

Yaşıl və bənövşəyi həm tünd, həm də açıq tonlarla yaxşı gedir. Bu soyuq və isti rənglər arasında aralıq mövqe tutur.

Narıncı – mavi

Bu rənglərin birləşməsi çox cəsarətli və sevimli görünə bilər. Rənglərin parlaq tonları meydan oxuyarkən, mat tonları isə görünüşə biraz daha incəlik verir.

İstənilən bir rəng – müxtəlif çalarları

İstənilən bir rəng özünün müxtəlif çalarları ilə yaxşı uyğunlaşır. Tək rəngli tərz yaratmaq üçün bir rəng seçin. Daha sonra həmin rəngin çox açıq və ya tünd tonları ilə kombininizi tamamlayın. Dəri, xəz və güpür kimi müxtəlif teksturalı parçalardan istifadə etməklə daha maraqlı bir tərz yarada bilərsiniz.

İstənilən bir rəng – həmin rəngdə naxışlı parça 

Ən uyğun rəng kombinlərindən biri də seçdiyimiz rəngin naxışlı parçalarla birləşdirilməsidir.
Belə kombinli rənglər bir çox geyimlərdə xoş görüntü yaradır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir