reqemler

Hansı rəqəmi sevirsiniz? – MARAQLI FAKTLAR

Baxış sayı: 1. 346

Günümüz rəqəmlərlə başlayır. Yuxudan oyanan kimi saatlarda əks olunan rəqəmlərə baxırıq, işə tələsərkən avtobusların üzərindəki özümüzə lazım olan rəqəmləri axtarırıq, ödənişlər edən zaman pul əskinazlarının üzərindəki rəqəmlər haqq-hesabımıza kömək edir, tarixə rəqəmlərlə səyahət edir, gələcəyə rəqəm ümidləri ilə boylanırıq. Bir sözlə, günümüzü rəqəmlərin arasında əridirik. Amma bir çoxlarımız rəqəmlərlə bağlı olduqca maraqlı faktlardan xəbərsizik.

 

“Gencaile.az” saytı həmin maraqlı faktları təqdim edir.

Tarix boyu insanlar rəqəmlərə fərqli anlamlar veriblər, rəqəmlərin təkcə riyazi deyil, magik xassələrə malik olduğunu sübut etməyə çalışıblar. Numerologiya elmi də məhz bundan bəhs edir. Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor bu elmin banisi sayılır.

Rəqəmlərin tək və cüt olmasına münasibət ayrı-ayrı xalqlar tərəfindən fərqlidir. Azərbaycanda kiməsə cüt sayda gül bağışlamaq qəbuledilməzdir. Amma Amerikada cüt sayda gül sevgi və xoşbəxtlik rəmzidir.

Çində və Yaponiyada 4 rəqəmi ölüm anlamını verir. Buna görə də bu ölkələrdə 4-cü mərtəbə, 4-cü mənzil kimi rəqləmləmələr istifadə olunmur.

Bir çox ölkələrdə 7 rəqəmi uğur və sevinc gətirən rəqəm kimi qəbul edilir.

Populyar axtarış saytı olan “Google” öz adını rəqəmlərdən götürüb. 1 rəqəmindən sonra 100 ədəd 0 rəqəmi riyaziyyatda “quqol” adlanır ki, sayt da adını məhz buradan götürüb.

Yunanıstanda ayın 13-ü həftənin ikinci gününə düşərsə ən uğursuz gün sayılır.

İtaliyada ayın 17-si beşinci günə təsadüf edərsə həmin gün insanlar ehtiyatla davranırlar.

Vyetnamda 3 rəqəmi ən uğursuz rəqəm kimi sayılır. Belə qəbul olunur ki, 3 nəfər bir yerdə şəkil cəkdirirsə ortada dayanan yaxın gələcəkdə öləcək.

Numerologiyada hər bir rəqəmin öz mənası var:

0 rəqəmi – Mövcud obyektlərin olmamasının, yoxluğun rəmzidir.

1 rəqəmi – Hakimiyyət, qüvvə, cəsarət, igidlik, liderlik.

2 rəqəmi – Zəriflik, incəlik, ünsiyyət, əməkdaşlıq.

3 rəqəmi – Yaradıçılıq, təxəyyül, ruh yüksəkliyi.

4 rəqəmi – Dözümlülük, davamlılıq, səbr, zəhmət.

5 rəqəmi – Cəldlik, dəyişikliklər, səyahətlər, maraq, zövq, sensasiya.

6 rəqəmi – Harmoniya, diplomatiya, cəmiyyət, ailə, romantizm.

7 rəqəmi – Araşdırmalar, fəlsəfə, mənəviyyat, bilik.

8 rəqəmi – Materializm, praqmatizm, materiya, qənaət.

9 rəqəmi – Ünsiyyət, vüsət, universallıq, müxtəliflik.

 

Arzu edək ki, həyatınızdakı bütün rəqəmlər ömrümüzə uğur gətirsin və taleyimizə elə bir rəqəm yazılsın ki, həmin rəqəm böyük Qələbəmizin tarixini əks etdirsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir