Biznesdə uğur qazanmaq asan deyil. Lakin doğru sahə istiqamətini götürməklə siz şansı daha da artıra bilərsiniz. Fundera şirkəti bu yaxınlarda maliyyə qərarları barədə özəl hesabat dərc edib. Müxtəlif məlumatları təhlil edərək, şirkət mütəxəssisləri, “ yaxın 10 ildə sürətlə inkişaf edib yüksək gəlir qazandıra biləcək” ən perspektivli sahələrin siyahısını hazırlayıb. Diqqət etsək görəcəyik ki, bunlar bir o qədər də iri sahələr olmasalar da ən sürətlə inkişaf edən və ən çox gəlir gətirən sahələrdir. Siyahıya inkişaf tempi 118-135% diapazonunda proqnoz edilən və səhmlərinin mümkün qiymət artımı 56-296% həddində olan sənaye sahələri daxildir.
10)Nəqliyyat
Ən yaxşı istiqamətləri: Avtonom və elektrik avtomobillər, ağıllı şəhərlər
Bu sahəyə özü idarə olunan avtomobillər (sahənin potensial məbləği 3,6 trilyon dollardır) və birləşmiş seqmentlər, həmçinin şəhər planlamasındakı dəyişikliklərdən qazanacaq olan şirkətlər daxildir.
9) Daşınmaz əmlak
Ən yaxşı istiqamətləri: Onlayn broker xidmətləri və onlayn-dizayn, daşınmaz əmlak sahəsində texnologiyalar
Hesabatda qeyd olunub ki, bu sahədə yeniliklər ləng aparılır. Bu, müasirləşdirmə üçünməhsuldar mühit yaradır. Əsas inkişafçılar (tikinti ilə sıx əlaqəli) daşınmaz əmlak agentləri ( insanlar və ya robotlar), daşınmaz əmlak menecerləri, icarəçilər və müvafiq xidmətləri göstərən digər şirkət və insanlar olmalıdırlar.
8) Maliyyə
Ən yaxşı istiqamətləri: “Fintech” və kriptovalyutalar
Bu sahədə çoxlu rəqib yoxdur və hələ də çox adam kriptovalyutanın nə olduğunu bilmir. Lakin ondan blgili olanlar uğur qazana bilərlər. Bunu startaplar, tərəfdaşlıq razılıqları vasitəsilə və banklar, broker şirkətləri və digər maliyyə institutları ilə rəqabət aparmaqla edə bilərlər – OnDeck və Fundera kimi yeni firmalar artıq bunu edir.
7) Mehmanxana biznesi
Ən yaxşı istiqamətləri: Otellər və keyfiyyətli qida məhsullarının çatdırılması
Özündə otellər, restoranlar və asudə vaxt məkanlarını birləşdirən mehmanxana biznesi Airbnb də daxil olmaqla nüxtəlif startaplar tərəfindən hücuma məruz qalır. Hal-hazırda Airbnb bütün dünya üzrə 4 milyondan çox obyekt təklif edir – beş mehmanxana şəbəkəsindən daha çox. Onların fəaliyyəti nəticəsində otelçilər daha da çevikləşərək, onlara yeni dünyada (öz növbəsində yenilər Airbnb və VRBO ilə birbaşa rəqabət üçün lazım olan dəstəyi alırlar) işləməyə kömək edən startaplarla əməkdaşlıq etməyə hazır olublar.
6) Tikinti-inşaat
Ən yaxşı istiqamətləri: Yaşayış binaları, iri infrastruktur layihələri, inşaat texnologiyaları
Bu sahədə əsas imkan yaşayış binalarının özünün tikintisi və binaların yaxşı inşa edilməsini təmin edən inşaat texnologiyaları ilə əlaqəlidir. McKinsey araşdırması proqnoz edir ki, 2025-ci ildə dünya əhalisinin üçdə biri təhlükəsiz və rahat evlərə ehtiyac duyacaqlar. Bu da belə evlərin tikintisi ilə məşğul olan şirkətlər üçün misli görünməmiş imkanlar açır.
5) Pərakəndə ticarət
Ən yaxşı istiqamətləri: Elektron kommersiya, kortəbii və fərdi pərakəndə ticarət
Hesabatda göstərilir ki, bu sahənin əsasını interneti adi pərakəndə ticarətlə birləşdirən biznesin yaradılması təşkil edir. İstehlak malları sahəsini nümunə gətirərək deyə bilərik ki, ən sürətlə inkişaf edən riteylerlər artıq bunu başa düşüblər.
4) Mediya
Ən yaxşı istiqamətləri: Oyunlar, virtual reallıq, çoxlu televiziya verilişləri
Heç bir digər sahə media sənayesi qədər sürətlə dəyişmir. Bundan başqa, bu seqmentdə yüksək artım tempi kompyuter oyunlarında və virtual reallıqda özünü göstərir.
Sahənin sürətlə inkişaf edəcəyinə əminlik istənilən kompyuter istifadəçisində ola bilər. Bunun üçün Call of Duty kimi müasir superrealist oyunlarını on il bundan çıxanlarla müqayisə etmək kifayətdir. Başqa sözlə, bu istiqamət yeni oyunçular üçün çox perspektivli ola bilər.
3) Energetika
Ən yaxşı istiqamətləri: Neft və qaz, mə’dən, qaz emalı və effektiv energetika
Bu sahənin üç əyani üstünlüyü var: davamlılığa və səmərəliliyə ehtiyac, dövlət siyasəti probleminin həlli və əhalinin sayının artması tələbinin çoxluğu. Bu mənada o, çox perspektivlidir.
2) Səhiyyə
Ən yaxşı istiqamətləri: Biotexnologiyalar, sağlamlıqla bağlı məlumatların idarəsi və sağlamlığın fərdi qorunması
Fundera mütəxəssisləri gələcək sahibkarlara məsləhət verirlər ki, səhiyyə sahəsindəki məlumatlara əsaslanan problemlərin rahat və fərdiləşdirilmiş həllinə yönəlsinlər. Beləcə onlar xəstəxanalar və ilkin tibbi xidmət qurumları ( son zamanlar onları rentabelliyin azalması və bağlanma təhlükəsi gözləyir) kimi ənənəvi tibb təşkilatları ilə rəqabət apara bilərlər.
1) Texnologiyalar
Ən yaxşı istiqamətləri: Bulud hesablama, maşın öyrənmə, süni zəka, böyük məlumatlar
Bu siyahının lideri – gələcəkyönümlü texnologiya və bu, heç kim üçün sürpriz deyil. Hesabat bu sahədə kiçik biznes sahiblərini məhsulun və xidmətlərin rahatlığının artırılmasına diqqət yönltməyə çağırır. Bu, istifadəçilərin effektiv işləməsini təmin edir və vaxtlarına qənaət etməyə imkan verir.