cugundur

Hansı tərəvəz cinsi gücü artırır?

Baxış sayı: 1. 219

Bir çox bitkinin kökündən tərəvəz kimi istifadə edirik. Bu tərəvəzlərin demək olar ki, hamısı insan sağlamlıq üçün çox faydalı hesab olunur. Bitki kökləri xərçəngdən, ürək damar xəstəliklərinə qədər bir çox problemin həllinə kömək edir.

“Gencaile.az” tərəvəz kimi istifadə etdiyimiz 8 bitki kökünün faydalarını təqdim edir:

Image result for kartof

Kartof

Kartof yüksək miqdarda nişasta ehtiva edir. Bu tərəvəzin kökəltdiyi iddia edilsə də, araşdırmalar sübut edib ki, kartofun sadəcə qızartması kökəldir. Buna da səbəb kartofa hopan yağ miqdarının çox olmasından qaynaqalnır. Suda və sobada bişmiş kartofdan isə pəhriz saxladığınız vaxtlarda da istifadə edə bilərsiniz.

Kartofun bəzi növləri şəkər xəstəliyi üçün faydalıdır, həmçinin susuzluğu aradan qaldırmaqda təsirlidir. Qaraciyər sağlamlığı üçün də faydalı qida hesab edilən kartof damar sərtliyinin qarşısını almaq üçün idealdır. Suda bişmiş kartof mədə xorasından əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdıra bilər.

Image result for kök yemək

Kök

Kök vitamin və minarallarla olduqca zəngin bir tərəvəzdir. Xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Göz və dəri xəstəliklərinin qarşısını alır.

Tərkibində A vitamin bol olduğu üçün xüsusilə, uşaqların qida mensyusunda mütləq yer almalıdır.

Image result for Yer alması

Yer alması

Qida dəyəri baxımından yer alması kartofdan elə də fərqlənmir. Ancaq onun sağlamlığa faydaları daha çoxdur. Ana südünü artırır, qəbizliyi aradan qaldırır. Sidikqovucu xüsusiyyətə malikdir.

Image result for Soğan

Soğan

C vitamini anbarı olan soğan mikroblara qarşı bədənin müqavimətini gücləndirir. Damar sərtliyi, qrip, astma, soyuqlama kimi problemlərin aradan qaldırılmasına güclü təsir edir.

Soğan həm də böyrəklərdə meydana gələn daş və qumların tökülməsinə təsir edir. Cinsi gücü artırdığı və zehni yorğunluğu aradan qaldırdığı elmi araşdırmalar nəticəsində sübut olunub.

Image result for Turp

Turp

Bu tərəvəz də C vitamini baxımından olduqca zəngindir.

Tez-tez diqqətsizlikdən, fikir dağınıqlığından şikayət edənlər hər gün turp yeməlidirlər. Turp iştahanı artırır, ona görə də kilo almaq istəməyənlər bir az diqqətli olmalıdırlar. Turp bədən üçün zərərli mikrobları yox etməkdə təsirlidir.

Image result for Şalğam

Şalğam

Oynaq ağrılarından əziyyət çəkənlər şalğamın möcüzəvi faydalarından yararlana bilərlər. Böyrək daşından xilas olmaq üçün də şalğamdan istifadə etmək olar.

Sızanaqlardan şikayət edən gənclər gündə bir stəkan şalğam suyu içsələr, problemləri həll olunar.

Şalğam həm də boğaz iltihabına qarşı effektlidir.

Image result for sarımsaq

Sarımsaq

Bakteriyaların qənimi olan sarımsaq xərçəng xəstəliyinin müalicəsi zamanı da istifadə edilir.

Təzyiqi aşağı salır, iştahanı artırır, qan təmizləyici xüsusiyyəti var.

Image result for çuğundur

Çuğundur

Çuğundur qanı artırır. Qan azlığından şikayət edənlər hər yeməyin yanında çuğundur salatı yesələr, yaxşı olar.

Çuğundur qaraciyəri işini tənzimləyir.

İnsan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən çuğundur əsəbləri sakitləşdirir, şəkər xəstəliyi və vərəmin çarəsi hesab edilir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir