Tərəvəzlərin qida dəyərlərini, hər birində məhz hansı vitaminlərin olduğunu bilmək çox yararlıdır. “Gencaile.az” tərəvəzlərdən 15-nin faydaları haqqında məlumatları təqdim edir. Buyurun, tanış olun:
1. Kök
A, B, D və E vitaminlərinin qaynağıdır. Dəri və sümüklərin sağlamlığı və hüceyrələrin yenilənməsində faydalıdır. Saç tökülmələrini azaldır və canlandırır.
2. Xiyar
A, B və C vitamini, fosfor və selen anbarıdır. Güclü antioksidantdır. Dərini nəmləndirir və sidik yolları infeksiyalarının qarşısını alır. Bağırsaqları yaxşı işlədir.
3. Turp
C vitamini, kalium və maqneziumla zəngindir. Yüksək qan təzyiqinə qarşı faydalıdır. Tərkibindəki liflər bağırsaqları yaxşı işlədir, antioksidantdır və xərçəngdən qoruyur.
4. Brokkoli
Tərkibində A, C, E, B1, B2 vitamini və həzmi asanlaşdıran xeyli lif var. Ürəyi xəstəliklərdən qoruyur və gücləndirir. Prostat və bağırsaq xərçəngi riskini azaldır. Dəmir və fol turşusu ilə zəngindir. Qan azlığının qarşısını alır.
5. Kahı
Tərkibində A, B və E vitamini var. Sinir sistemi üçün faydalıdır. Böyümə və inkişafda, dəri və saç sağlığında müsbət təsirlərə malikdir.
6. Soğan
A, B və C vitamini, fosfor və kükürdlə zəngindir. Təbii antibiotikdir. Bronxları açır, bağırsaqları çalışdırır. Dözümlülüyü artırır. Sümük və diş sağlığında faydalıdır.
7. Sarımsaq
Tərkibində A, B, C və E vitamini və saxaroza var. Yaşlanmanı gecikdirir. Orqanizmdə kirəclənmənin qarşısını alır. Yüksək qan təzyiqini tənzimləyir. Təbii antibiotikdir. Şişkinliyi azaldır, damarların sağlığı üçün faydalıdır.
8. Kələm
Fol turşusu, A, B və E vitamini ilə zəngindir. Güclü antioksidantdır. Mədənin və həzm sisteminin fəaliyyəti üçün faydalıdır və toksin atıcıdır.
9. Çuğundur
A, C vitamini və fol turşusu ilə zəngin olan çuğundur bədəni gücləndirir. Tərkibində dəmir çox olduğuna görə qan azlığı zamanı çox faydalıdır. Bağırsaq problemlərinə də müsbət təsir edir.
10. Kartof
C və B vitamini və fosforla zəngindir. Həzm, mədə, hətta ürəklə bağlı narahatlıqlar zamanı çox faydalıdır. Tərkibində nişasta olduğu üçün qanda daha sağlam şəkərin yüksəlməsinə səbəb ola bilir.
11. Yaşıl lobya
Fol turşusu, A və C vitamini ilə zəngindir. Zərərli xolesterolun azalmasına kömək edir. Antioksidant təsiri də var.
12. Pomidor
Tərkibində daha çox Fol turşusu, maqnezium, B və A vitamini var. Hüceyrələrin yenilənməsində, immunitetin artmasında, sümük və əzələlərin inkişafında xüsusi rol oynayır.
13. Badımcan
Tərkibində B1, B2, C və A vitamini var. Sinir sistemi, dərinin sağlamlığı və immunitet sisteminə faydalıdır.
14. Yaşıl bibər
C vitamini ilə çox zəngindir. Güclü antioksidantdır.
15. Qabaq
Tərkibində K və C vitamini daha çoxdur. Qanın laxtalanmasını tənzimləyir. Sümüklərin inkişafı və böyrəklərin fəaliyyəti üçün də çox faydalıdır.