Gerontoloqlar xəbərdarlıq edirlər ki, gündəlik vərdişlərimizin əksəriyyəti beyinə mənfi təsir göstərir. Onlar vərdişlərin sağlamlığa necə təsir etdiyini və beynin səmərəli işləməsi üçün necə yaşamaq lazım olduğunu izah ediblər.
Yeməyimiz, nəfəs almağımız və yatmağımız, düşünmək, aşiq olmaq, mübahisə etmək bacarığı – bütün bunlar beyin tərəfindən idarə olunur. Təəssüf ki, ilk baxışdan zərərsiz görünən bir sıra vərdişlər onu məhv edir və tam fəaliyyət göstərməsinə mane olur. Kalkulyator olduğu halda niyə şifahi hesablamaq lazımdır? Televizorunuz varsa niyə xəbər oxuyursunuz? Daha hansı vərdişlər inkişafımıza mane olur? Rusiyalı həkimlər Svetlana Trofimova və Vladimir Xavinson “Rossiya 1” kanalının “Ən vacibi haqqında” verilişində bu haqda danışıblar.
Yatmamaq
Səkkiz saatlıq yuxu beynin neyrodegenerativ xəstəliklərinin profilaktikası üçün vacibdir. Az yatan insanlar qocalma və beyin funksiyasının pozulması riski altındadır.
Az su içmək
İnsan gündə ən az yarım litr təmiz içməli su içməlidir. Su beyinin xidməti funksiyalarını yaxşılaşdırır. Yeməkdən 30 dəqiqə əvvəl bir stəkan su içmək vərdişi yaratmaq lazımdır.
Şirniyyatlarla şirin çay içmək
Yüksək qan şəkəri mədəaltı vəzin işini pozur, diabetin inkişafına səbəb ola bilər. Şəkərin təsiri altında bədəndə beynin quruluşunu və sinir impulslarının ötürülməsini poza bilən çox sayda sərbəst radikallar yaranır. Ümumdünya Səhiyyə Təşkilatı gündəlik altı çay qaşığından artıq şəkərdən istifadə etməməyi məsləhət görür.
Yüksək səsli qulaqlıqlardan istifadə
Səs-küy beyinə mənfi təsir göstərir. Yüksək səs onunla əlaqəli eşitmə reseptorlarını məhv edir.
Xırda şeylərə görə əsəbləşmək
Vladimir Xavinsona görə, ən vacib şəxsiyyət xüsusiyyəti güzəştə getməyi bacarmaqdır. Stress hormonu adlanan kortizol bizi məhv edir.
Az hərəkət
Passiv həyat tərzi də beynin fəaliyyətinə mənfi təsir edir. Bədən tərbiyəsi zamanı əzələlərdə beyində neyrotrofik amillərin sintezinə kömək edən xüsusi maddələr əmələ gəlir. Və onlar sinir impulslarının sürətli ötürülməsinə kömək edir. Biz idmanla məşğul olanda beyin aktiv işləməyə başlayır.
Səhər yeməyi yeməmək
Oyandıqdan sonrakı bir saat yarım ərzində səhər yeməyi yeməyə çalışın. Məsələn, yulaf əzməsi maksimum miqdarda sink və melatoninin əmələ gətirən amin turşusu olan triptofanı özündə ehtiva edir.
Nubar Süleymanova