idman

Hansı yaşa hansı idman növü uyğundur?

Baxış sayı: 1. 638

İstər 20 yaşında olun, istər 30, istərsə də 40 yaşında… İdman hər zaman həyatınızın bir hissəsi olmalıdır. Qidalanma vərdişlərinizi tənzimləmək və idmanı həyat tərzi halına gətirmək daha yaxşı və uzun ömür üçün sadə, ancaq effektli bir yoldur. Yaşınıza uyğun idmana həftədə bir neçə saat ayıraraq sağlam ömür sürə bilərsiniz.

“Gencaile.az” hər yaşa uyğun idman növlərini təqdim edir.

 

Qadınlar üçün…

20 yaş. İddialı bir fitness (fiziki idman) hədəfini müəyyən edin və qarşınızdakı son 10 il ərzində bu hədəfə doğru irəliləməyə çalışın.

30 yaş. 20 yaşdan sonra maddələr mübadiləsi yavaşlamağa başlayır. 30 yaşında həftədə 4 gün 1 saat məşq edin. Ən azı bir gün 45-60 dəqiqə arasında yüksək səviyyədə ürək məşqi edin. Bir gün ara verməyi unutmayın.

40 yaş. 40 yaşda həftədə 3 gün, gündə 1 saat ağırlıq çalışması və həftədə 5 gün, gündə 45 dəqiqə ürək məşqi edin. Həftədə bir gün ara verin. Ancaq yeni bir idmana başlarkən həkimlə məsləhətləşməyi də unutmayın.

50 yaş. Həftədə 4, ya 6 dəfə 20-40 dəqiqəlik ürək məşqi və həftədə 2 dəfə yarım saat ağırlıq çalışması edə bilərsiz. Ancaq buna başlamadan əvvəl həkimlə məsləhətləşin. İdmandan sonra gərilmə və əsnəmə hərəkətləri etməyi unutmayın.

60 yaş və yuxarı. Müntəzəm idman edin,  ancaq oynaqları çətinliyə salan aerobik idmandan qaçmaq lazmdır. Qısa qaçışlar, üzgüçülük, ya velosiped sürmək tam bu yaşa uyğundur.

 

Kişilər üçün…

20 yaş. Çox kişi 20 və 29 yaş arasında fiziki baxımdan güclü, enerjili olur və “mənə hələ idman lazım deyil, irəli yaşlarda edərəm”, – deyə yanlış düşüncədə olurlar. Bu yaşda çox gec qalmadan fərqli idman növlərini sınayaraq monotonluqdan çıxın. Bu həm də darıxmanıza imkan verməyəcək.

30 yaş. 30 yaşda bəzi hormonlar azalmaya başlayır və bu da sizə həm fiziki, həm də duyğusal olaraq təsir edir. İdmanın təbii antidepressant və stress yoxedici olduğunu da unutmayın. İşiniz çox olsa belə, idmana  vaxt ayırın. Fiziki olaraq müsbət irəliləyişləri özünüz də hiss edəcəksiz.

40 yaş. İdman salonlarına getməyə həvəsiniz qalmayıbsa, şəxsi məşqçi ilə çalışa bilərsiz. Az-az başladığınız hərəkətləri tədricən artırın və beləliklə, nə bədəniniz gücə düşər, nə də motivasiyanız azalmış olar.

50 yaş. İdman yağsız bədən kütləsini qorumağa kömək edən hormonları oyandırır. İdman etməsəniz, maddələr mübadiləniz yavaşlar və sümük yoğunluğunuz azalar. İdmanla məşğul olun, ancaq ilk əvvəl həkimlə məsləhətləşin.

60 və yuxarı yaşlar. Bu yaşda formada qalmaq ürək və şəkər kimi xəstəliklərdən qorunmağa da kömək edər. Ağırlıq qaldırma, velosiped kimi fərqli idman növləri ilə məşğul olun. Ancaq həkimlə məsləhətləşməyi də unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir