yemek

“Harda nə yeyək? – SİNQAPUR MƏTBƏXİ

Baxış sayı: 1. 606

Sinqapur Avstraliya, Asiya və Avropa arasında yerləşən, fen-şuinin bütün qanunlarına riayət edilməklə inşa olunan nadir və eklektik dövlət, ən əsası isə “Asiyanın qapısıdır”. Bu ölkə eyni zamanda həm şəhər, həm paytaxt, həm də dövlət olan yeganə yerdir. Bu ölkə haqda danışmağımız əbəs yerə deyil, çünki  “Gencaile.az” saytının “Harrda nə yeyək?” rubrikasında bu dəfə Sinqapur mətbəxindən söz açacağıq.

Bir çox qurmanlar Sinqapuru bu ölkənin zəngin mətbəxi olduğu üçün sevir. Sinqapurun Kulinariya məktəbi dünyada ən yaxşılardan biri sayılır.

Image result for singapur meals

Burada bir sıra ölkələrin (Çin, Malayziya, Fransa, İtaliya, Yapniya və Hind) milli mətbəxləri qarışdığı üçün hər bir zövqə uyğun yemək tapmaq olar. Amm mütləq çili və yerli məzə ilə hazırlanmış krabların, həmçinin lobster və ananaslı qiymənin dadına baxın.

 

Küçə yeməkləri

7 причин поехать в Сингапур

Dünyanın bir çox ölkələrində olduğu kimi burada da küçə ticarətlərinin hər addımbaşı açdığı kiçik kafe və restoranlara rast gəlinir. Lakin Sinqapurda küçə yeməkləri Asiyanın digər ölkələrindən çox fərqlənir. Birincisi, bura gigineyik cəhətdən təmizdir, onlar tualetlər, kondisionerlər və digər müvafiq əşyalarla təchiz olunub. İkincisi, yeməklər kifayət qədər ucuzdur, hər şey tez başa gəlir və çox dadlı olur: Toyuq kababı, düyü, dim-sam, əriştə və s. Ümumiyyətlə, burada adi küçə ticarətçiləri ilə qarşılaşmaq mümkün deyil, amma şəhərdə çoxlu ixtisaslaşmış küçə ticarət mərkəzləri var. Bu ölkədə restoranların və qiymətlərin səviyyəsindən asılı olmayaraq hər zaman təmiz və keyfiyyətli yeməklər əldə etmək olar. Bütün dünyada qastronomiya səyahəti üçün Sinqapurdan yaxşı yer tapılmır!

Image result for singapur meals




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir