Yemek

“Harda nə yeyək?” – AVSTRİYA MƏTBƏXİ

Baxış sayı: 1. 498

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə Avstriya mətbəxi haqqında danışacağıq.  Avstriya mətbəxində bir sıra ölkələrin mətbəx mədəniyyətlərinin nümunələri geniş yayılmış olsa da, Avstriyanın ənənəvi mətbəx mədəniyyəti yerli cəhətlərinə görə özünəməxsusluğu ilə fərqlənir. Digər ölkələrin yeməklərindən alınmış hazırlanma üsulları yerli ənənələrə uyğunlaşdırılmışdır. Avstriya mətbəxi bütün dünyada bişmə çörək və şirniyyatları ilə tanınır. Vyana şniseli isə dünya şöhrəti qazanmışdır.

Image result for Vyana şniseli

Avstriyanın mətbəxində qəlyanaltılar arasında kolbasa, qaxac və pendirdən ibarət müxtəlif sendviç növləri üstünlük təşkil edir. Ən geniş yayılmış qəlyanaltı növləri isə  iptov pendiri, yumurtalı şorba və tirol şpikini qeyd etmək olar.

Avstriyalılar şirin məhsullara xüsusi əhəmiyyət verirlər. Bişmə çörək və şirniyyatlar bu mətbəxi formalaşdırır. Şirniyat məhsullarına ştrudel, lins tortu,”zaxer” tortu, kayzerşmarrn, mohr im Hemd. ştrisel və punşkrapfen kimi şirniyyatları misal göstərmək olar.

Avstriyalılar qəhvənin müxtəlif növlərini (məsələn, Vyana melanjı) içməyi çox sevirlər. Belə içkilərə çoxsaylı kafelərdə rast gəlmək olar. Hazırlanmasında əsasən, mokkonun müxtəlif növlərindən istifadə olunur. Qəhvənin də istifadə olunduğu xüsusi çərəz növləri mövcuddur ki, əvvəllər “Vyana qəhvəsi” (“Kofe lyejski”) adını almışdı.

Related image

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir