yemek

“Harda nə yeyək?” – FRANSA MƏTBƏXİ

Baxış sayı: 1. 657

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu dəfə Fransa mətbəxi haqqında danışacağıq.

 

Fransız mətbəxi mədəniyyəti ilə sıx bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnət hesab olunur. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransızlar yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil. Məsələn, bütün fransızlar “McDonalds” kimi fast-food restoranlarına nifrət edirlər. “Səhər yeməyi” sözləri, “nahar”, “şam yeməyi”, “yemək” – hamısı eyniköklüdür, fransızlar üçün mənaca müqəddəsdir və fransıza yemək vaxtı zəng etmək qəbahət sayılır. Böyük ehtimalla cavab verməyəcəklər.

Image result for france foods

Baget çörəyi, krussan, makoron kimi şirniyyatları, ekzotik delikatesləri, eskarqo ilbizi, ratatuy tərəvəz yeməyi fransız mətbəxinin ən məşhur təamlarıdır.

Image result for france foods

Şərab

Image result for france wine

Fransızlar da bir çox avropalılar kimi şərabı su, süd, çay və ya pivə əvəzi istifadə edirlər. Onlar üçün nəfis yeməkləri mütləq bir stəkan şərabla bitirirlər. Rəylərə əsasən məlum olub ki, bir fransız hər il bu nəciblik nişanı sayılan bu içkidən orta hesabla 100 litr içir. Yeri gəlmişkən, fransız qırmızı şərabından baş ağrımır.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir