YEMEK

“Harda nə yeyək?” – GÜRCÜSTAN MƏTBƏXİ

Baxış sayı: 1. 644

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə Gürcüstan mətbəxi haqqında danışacağıq.

Gürcü mətbəxi iki hissəyə bölünür – Qərb və Şərq. Şərqi Gürcüstan mətbəxi qərbi Gürcüstan mətbəxindən fərqlənir. Qərbi Gürcüstan mətbəxinin inkişafına Türk mətbəxi təsir göstəribsə, şərqi Gürcüstan mətbəxində İran kulinariyasının təsiri hiss olunur. Gürcüstanın şərq hissəsində çörək buğda unundan bişirilir. Qərb hissədə isə çörək qarğıdalı unundan bişirilir. Şərq hissədə ət olaraq mal əti və qoyun ətindən istifadə olunduğu halda, qərb hissəsində əsasən toyuq əti, hindi əti yeyilir. Qaz və ördək ətini isə Gürcüstanın heç bir regionunda istifadə etmirlər.

Gürcü süfrəsinə dəvət olunan qonağa əvvəlcə sasivinin (qoz sousunda bişirilmiş hinduşka), sonra hər bir ailədə xüsusi resept ilə hazırlanan lobyanın (pomidor sousunda bişirilir), eləcə də kaxetiyalıların sevimlisi olan xaşlamanın (ədviyyatlarla qaynadılıb bişirilmiş ət) dadına baxmağı təklif edirlər. Maraqlıdır ki, Gürcüstanın, demək olar, hər bir regionu özünə aid pendir növü ilə öyünə bilər. Məsələn, İmeretiyada qadazelili nanəsi ilə çox yumşaq pendir hazırlayırlar, Teuletidə isə, əsasən, qoyun pendirinə üstünlük verirlər, quda adlanan bu pendir eyniadlı torbalarda tutulub hazırlanır. Gürcü mətbəxində pendirdən qəlyanaltı kimi (çiy və ya qızardılmış şəkildə), eləcə də müxtəlif yeməklərin tam hüquqlu inqrediyenti kimi istifadə edirlər.

Image result for Xaçapuri

Bu ölkəyə gələnlər mütləq “Xaçapuri” yeməlidir.  Pendir çeşitləri ilə zəngin olan gürcü mətbəxində ən dadlı pendirli qida kimi xaçapurini göstərirlər. Onu müxtəlif formalarda bişirirlər. Ən geniş yayılmış forması dörd künc və dairəvidir.

Gürcüstan mətbəxinin ən populyar yeməklərindən biri də gürcü xəngəlidir. Azərbaycan mətbəxində də tez-tez rast gəldiyimiz gürcü xəngəli həm suda qaynadaraq, həm də yağda qızardaraq bişirilir.

Ölkənin kulinariyasında şirniyyatlar da geniş yer tutur. Məsələn, “Pelamuşi” şirniyyatı ölkə əhalisi arasında çox sevilir. Hər evdə bu şirniyyat növünə rast gəlmək mümkün olsa da, daha çox toy çirniyyatı hesab olunur. Adətən toy mərasimləri üçün hazırlanan “Pelamuşi”yə ağ üzüm şirəsi yalnız və yalnız toy masası üçün hazırlayarkən əlavə edilir.

Bundan əlavə, “Çürçxela”, “Nazuki Kada” kimi şirniyyatlar da geniş yayılıb.

Image result for GÜRCÜ TATLISI

Gürcüstan mətbəxində əsas içkilər “Barjomi” və “Suliko” hesab olunur. Ümumiyyətlə, ənənəvi gürcü süfrəsi “Borjomi” ilə başlayır, “Suliko” ilə bitir. Həmçinin gürcülərin yemək süfrəsində tünd yaqut rəngli, zərif ətirli turş “Mukuzani” şərabına, eləcədə bütün dünyada məşhur olan daha bir gürcü şərabı – qırmızı kəmşirin “Kindzmarauli”yə rast gəlməmək mümkün deyil. Hətta təcrübəli şərabçılar “Kindzmarauli”ni “möhtəşəm, yetişmiş və tez təsirləndirən, nəfis giləmeyvə ətri və heyranedici dad verən şərab” kimi qiymətləndirirlər.

Image result for Barjomi SUYU

 

Hazırladı: Aydan Kərimli

Image result for GÜRCÜ XƏNGƏLİ

Image result for GÜRCÜSTAN MƏTBƏXİ

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir