“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə İsrail mətbəxi ilə tanış olacaqsınız.
İsrailin milli mətbəxi çoxşaxəli ölkənin həyatı ilə tanış olmaq üçün gözəl imkandır. İsraildə milli mətbəxin nadir simbiozu unudulmaz kulinariya təəssüratı oyadacaq. Özü də İsrail milli mətbəxində istifadə olunan məhsulların zənginliyi, rəngarəngliyi və resepturaları çox fərqlidir. Milli xörəklərin çoxunun tarixi olduqca qədimdir. İudaimzdə də islam dinində olduğu kimi donuz əti və bəzi dəniz məhsullarını yeməyi qadağan edib. İsraillilərdə ət və süd xörəkləri mütləq ayrı-ayrılıqda servis edilməlidir. Ət yeməklərində çəngəl və bıçaqdan istifadə etmək də qəti qadağandır. Belə yemək ənənəsi bütün kafe və restoranlarda tətbiq olunur. Lakin siz kurort regionlarında Avropa, çin və rus mətbəxinin təklif olunduğu restoranlara üz tuta bilərsiniz.
İsrail şirniyyatlarının və desertlərinin mütləq dadına baxın. İsraillilər şirniyyat həvəskarıdır, ona görə də şirniyyat məhsullarını xüsusi qayğı ilə hazırlayır. Yerli içkilərdən sakinlər müxtəlif şirə və çaya üstünlük verir, qəhvə isə İsraildə daha az yayılıb. İsraildə spirtli içki qadağan olunmasına baxmayaraq, onlar xüsusi günlərdə bir qədəh şərab içməyin əleyhinə deyil. İsrail arağı klassik rus arağını xatırladır, yalnız bir qədər yumşaq ola bilər. Üzüm sevən israillilər üzüm şərabı hazırlayır. Yordan və Karmiel şərablarını içməyi tövsiyə edirik.
Aytən