yemek

“Harda nə yeyək?” – KANADA MƏTBƏXİ

Baxış sayı: 1. 496

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə Kanada mətbəxi haqqında danışacağıq.

Kanada mətbəxi ölkənin tarixi və təbiəti kimi diqqətçəkəndir. Başqa sözlə, yemək Kanadaya vurulmaq çox mühüm bəhanədir. Çünki ölkədə çoxlu sayda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bu isə o deməkdir ki, Kanada restoranlarının mətbəxi zəngin və rəngarəngdir. Qədim və zəngin mətbəxə malik ölkənin hər addımbaşında kafe-restoranlara rast gəlinir. Burada yerli yeməklərlə yanaşı, italyan, fransız, çin, yapon və s. mətbəxləri də yer alıb.

канадская еда, 10 причин полюбить Канаду

Kanada mətbəxinin ən məşhur yeməkləri olan “Beaver Tail”, “Japadog”, “Persians” və “Poutine” ləzzət siyahısının sadəcə kiçik bir hissəsidir. Ölkə mətbəxində təbii ətdən hazırlanmış qidalara, xüsusilə də ət və balıq steyklərinə, bifştekslərə, langetlərə üstünlük verilir. Ölkənin ən məşhur yeməklərindən biri «File broşşet»dir ki, bu, file kababına bənzəyir, soğan, sarmısaq, göbələk kimi ərzaqlar ona xüsusi dad verir.

Qəlyanaltı kimi isə ən çox paştet, pendir, hisdə qurudulmuş siyənək və dəniz məhsulları təqdim edilir.

Image result for kanada balqabaq şorbası

Kanadalıların ən çox sevdiyi duru yemək balqabaq şorbasıdır.  Eləcə də, cənub-şərqi Asiyadan və İtaliyadan gəlmiş makaron məmulatları və müxtəlif əriştələrdən hazırlanmış şorbalar bu xalqın sevimli yeməkləri sırasındadır.

 

Yerli əhali ağcaqayın siropundan geniş şəkildə istifadə edir. Bu siropla hər cür fəsəliləri, bulkaları, piroqları və keksləri yemək olar.

Related image

Kanadalıların sevimli içkisi  pivə hesab olunur ki, onun da «Labatt»«Molson» növləri xüsusilə geniş yayılıb. Lakin yüksək keyfiyyətli şərabların və spirtli içkilərin çoxu xaricdən gətirilir.

 

Aydan Kərimli

Image result for “Poutine”

Image result for “Japadog”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir