yemek

“Harda nə yeyək?” – MADAQASKAR MƏTBƏXİ

Baxış sayı: 1. 389

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Harda nə yeyək?” rubrikasında bu həftə sizə Madaqaskar mətbəxindən danışacağıq.

 

Madaqaskar mətbəxinin əsas menyusunu düyü, çox dadlı mal əti, ləzzətli okean balığı və tropik meyvələr təşkil edir. İlboyu meyvə-tərəvəz boldur. Özü də tropik meyvələrin çoxu sizin üçün yeni dad olacaq. Yeməklə bağlı heç bir problem olmayacaq. Çünki keçmiş müstəmləkədə hələ də Fransa mətbəxinin bir sıra ənənələri özünü göstərir.

Картинки по запросу madagascar meals

Ən məşhur milli yeməkləri “ravitutu” (manioki yarpaqlardan püre, kokos və mal əti filesi) və “rumazava” -dır (pomidor və ədviyyatlarla ətli raqu). Avropa mətbəxinin pərəstişkarları yerli qaz böyrəyini lazımınca qiymətləndirəcəklər. Sahildə yerləşən restoranlarda isə lanqust, xərçəng və digər dəniz məhsullarının dadına baxa bilərsiniz.

 

Aytən




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir