yemekler

“Harda nə yeyək?” – MİSİR MƏTBƏXİ

Baxış sayı: 1. 527

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi “Harda nə yeyək? rubrikasında bu dəfə sizə Misir mətbəxindən söz açacağıq.

Misir mətbəxi kifayət qədər orijinal, lakin bir qədər ağır hesab olunur. Bu səbəbdən turistlər onu adətən sevmir. Lakin şübhəsiz ki, o, bizim diqqətimizə layiqdir. Ən’ənəvi Misir xörəkləri ət, tərəvəzlər və düyüdən ibarətdir. Xörəklərə yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şüyüd və ya nanə kimi ətirli göyərtidən əlavə olunur.

 

Çəngəl və qaşığa ehtiyac yoxdur

Misirdə çörək həmişə süfrəyə qoyulur. Misirlilər çörəyi üçbucaq şəklində bükür və onu xörəklə doldurur. Beləliklə, çəngəl və qaşığa ehtiyac olmur; yalnız şorbalar qaşıqla yeyilir

Image result for Çəngəl və qaşıQ

Misir menyusu

Səhər yeməyi və nahar vaxtı Misirdə adətən yaşıl şorba verilir. O, ispanağa bənzəyən molohejaadlanan göyərtidən hazırlanır. Həmçinin içi doldurulmuş kələm yaqpaqlarına bənzəyən mahsziadlanan xörək verilir. İç qoyulması mal əti, düyü və göyərtidən ibarətdir. Belə iç qoyulması müxtəlif yollarla bükülür. Mahszi kromb üzüm və ya kələm yarpaqlarına bükülür. Həmçinin, pomidor (mahszi tomatom), tsukkini (machszi kusa) və badımcanın (mahszi bitengen) içi doldurulur. İçi doldurulmuş tərəvəzlər duxovkada bişirilir və hazır olan kimi süfrəyə verilir, çünki soyuyanda, xörək öz ətirini itirir. Səhər yeməyi vaxtı Misirlilər taameia adlanan buterbrodlara oxşar yemək yeyirlər. O, iki tikə çörək arasına qoyulan katletdən ibarətdir. Təzə kahı yarpağı ilə yeyilən katlet paxla və ədvalı noxuddan hazırlana bilər. Başqa ən’ənəvi xörəkfoul adlanır. O, üyüdülmüş və yağda qızardılmış lobyadan hazırlanır. Foul pita çörəyinə bənzəyən çörəyin arasına qoyulur. Bir çox Misir restoranlarında yağ, ət və ya yumurta ilə verilən müxtəlif növ taameja və foul xörəklərini görmək olar. Torshiturşuya qoyulmuş tərəvəzlərdən hazırlanır. Misirdə pasta ilə çörək populyar qəlyanaltıdır. Burada müxtəlif çörək (a‘aish) növləri var. Onlardan biri boşqab kimi dayaz və yumru a‘aishbaladi çörəyidir. Həmçinin bizim bulkalarımıza oxşar ‘aish fransawi’, yəni fransız çörəyi mövcuddur. Çörək süfrəyə tahina adlanan limon şirəli və sarımsaqlı küncüt sousu və ya badımcan, sarımsaq və cəfəri pastasından hazırlanmış babaqanuk sousu ilə verilir.

moloheja

 

Misir pitsası

Misirlilərin fiteer adlanan öz pitsaları var. Fiteer yumşaq xəmirdən hazırlanır və sobada bişirilir. Belə pitsa müştəri pitsa inqrediyentlərini seçdikdən sonra onun yanında bişirilir. Pitsa üçün yumurta, pendir, müxtəlif ət növləri və tərəvəzlərdən istifadə edilir. İnqrediyentlər xəmirin içinə və ya üstünə qoyula bilər. Zövqünüzdən asılı olaraq, pitsa ədvalı və ya şirin ola bilər.

fiteer.Misir pizzası

 

Əsrlər boyu hazırlanan şorbalar

Şorbalar Misirdə çox populyardır. Nahar vaxtı moloheia və ya ads adlanan qatı paxla şorbası verilir. Pomidor və ya badımcan kimi tərəvəzlər sarımsaqlı tomat sousunda qızardılır; makaron xörəkləri də, məsələn, beşamel sousu ilə ətli lazanya, çox populyardır. Veqetarianlılar musaka xörəyi seçə bilərlər. Musaka duxovkada bişirilən badımcan, pomidor, sarımsaq, duru yağ və ədvalardan hazırlanır.

musaka

Çoxlu ət və bir az balıq

Salatlar, çörək, ət və çoxlu miqdarda əlavələr Misir naharın əsasını təşkil edir. Misir naharının misalı kimi içi düyü və ədviyyatlar ilə doldurulmuş qızardılmış toyuq (firekh) və ya göyərçini (hamam) göstərmək olar. Lakin ən məşhur və sevilən xörəklər manqalda və ya qrildə hazırlanmış kofta və kabablardır. Kofta adətən çəkilmiş ətdən, kabab isə quzu ətindən hazırlanır və süfrəyə cəfəri və ya qızardılmış pomidor və soğanla, və həmçinin çörək, kahı və küncüt pastası ilə verilir. Ən böyük Misir limanı olan Aleksandriyada və yaxud başqa dəniz şəhərlərində balıq və dəniz məhsullardan geniş istifadə olunur.

 

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir