yemek

“Harda nə yeyək?” – POLŞA MƏTBƏXİ

Baxış sayı: 1. 437

Əsrlər boyu bu ölkədə baş verən tarixi dəyəşiklər Polşa mətbəxinə böyük təsir göstərsə də, ənənələrin böyük ölçüdə qorunduğunu demək olar. Tarixi səbəblərdən ölkənin müxtəlif reqionlarının mətbəxində qonşu ölkələr və immiqrantların təsiri yeməklərin müxtəlifliyi və zənginliyində əks olunmaqdadır.

Səciyyəvi Polşa yeməkləri məhsulların mövcud olmasına bağlıdır. Polşada kənd təsərrüfatı yaxşı inkişaf etdiyinə görə, Polşa mətbəxində yarmalar xüsusi yer tutur – çörək, klyoteklər və ya blinlər Polyaklar tərəfindən çox sevilir.

 Bigos, a dish made with cooked fresh cabbage with meats and mushrooms is popular in Polish cuisine.

Tərəvəzli və ya ətli yeməklərlə yanaşı,  ləzzətli tərəvəz şorbaları Polşa mətbəxində xüsusi yer tutur.  Meşələrdən polyaklar maral əti, coxlu miqdarda dəyərli göbələk, meyvə və otları əldə edir. Şirin suda yaşayan balıqlar və həmçinin dəniz balıqları Polşa mətbəxində geniş istifadə olunur. Bu günədək, bir çox Polşa xörəklərin reseptləri illər boyu dəyişiksiz istifadə olunur.

 Breads, dumpling and pancakes are main dishes in Polish cuisine

İllər boyu sevilən yeməklər

Ən çox sevilən Polşa yeməklərindən biri biqosdur. Biqos müxtəlif ət növləri, göbələk, bişirilmiş təzə kələm və turş kələmdən hazırlanmış yeməkdir. Golabki tomat və ya qaymaq sousu ilə verilən içi ət və düyü ilə doldurulmuş kələm yarpaqlarıdır.  Bekon və ya turşular ilə doldurulmuş mal əti ruleti həmçinin populyardır.

Image result for polşa mətbəxi

Şorbalar arasında çox vaxtı ətli klyoteklər ilə verilən cüğundurlu borşu qeyd etmək lazımdır. Zurekşorbası çovdar un mayasında hazırlanır və süfrəyə ağ kolbasa, bərk bişirilmiş yumurta, qıtığotu ilə verilir. Meşə göbələklərdən hazırlanmış göbələk şorbası həmçinin çox ləzzətlidir.Əla kolbasalar və hisə verilmiş ətlər Polşa mətbəxi üçün səciyyəvidir. Qəlyanaltı üçün yağ, sirkə və ya qaymaqda olan siyənək balığı seçmək olar.  Pierogi (piroqlar) həmçinin əladır – ənənəvi piroqlar ət, pendir və ya meyvə ilə hazırlanır, lakin hal hazırda onlar hər bir zövgə uyğun müxtəlif üsullarla hazırlanır. Meyvə konservləri – jemlər, mürəbbələr, kompotlar  həmçinin çox populyardır. Desertlərin arasında ən məşhurları meyvəli maya piroqlarıdır. Xaş-xaş piroqu, zəncəfil keksi və çizkeyk həmçinin ənənəvi Polşa desertləridir. İçi qızılgül jemli ponçiklərdən də mütləq dadmaq lazımdır.

Image result for turş kələm

Turş, lakin faydalı turş kələm

Polşa mətbəxində turş kələm əvəzolunmazdır, çünki o, bir çox yeməklərin əsasını təşkil edir, və həmçinin ayrıca salat kimi süfrəyə verilir. Turş kələm doğranılaraq duzlu suda qıcqırdılır. O, C, PP, və bir çox B qrup vitaminlərin zəngin mənbəyidir. Duzlu xiyarla yanaşı, o da Polşa süfrələrin əksəriyyətində mövcuddur.

Пиво

Qədimi pivə zavodları və əla likörları

Vodka adətən ənənəvi Polşa içkisi hesab olunur. Lakin Polşada qədimi pivə bişirmə ənənəsi var, və bu səbəbdən Polşa pivəsi təkcə Polşada deyil, bütün dünyada da yüksək dəyərləndirilir.  Yagin ki, heç kəs meşə və ya adi meyvələrdən meyvə likörların hazırlama sənətini Polyaklar qədər yaxşı oyrənməyib. Likörların hazırlama reseptləri gizli saxlanılaraq nəsldən nəslə verilir.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir