yemek

“Harda nə yeyək?” – SERBİYA MƏTBƏXİ

Baxış sayı: 1. 806

“Gencaile.az” saytının “Harda nə yeyək?” rubrikasında bu dəfə oxucularımızı Serbiya mətbəxi ilə tanış edəcəyik.

Ümumiyyətlə, Balkanların mətbəxi bizim mətbəxə çox oxşayır.  Yemək bişirma üsulları, yeməklərin dadları və s. baxımından bu bənzərliyi xüsusi qeyd etmək olar.  Ət yeməklərinə üstünlük verən serblər əsasən qızarmış ət, sosiska və yerli pendirdən istifadə edir.

 

Bundan əlavə, yerli əhalinin çevapi adlandırdıqları kabab növü də Serbiyanın əsas yeməklərindən hesab olunur. Ümumiyyətlə, çevapi Balkan yarmadası ölkələri üçün xarakterik yeməkdir. Onu da qeyd edək ki, sözügedən yarmadada yer alan ölkələrin mətbəxlər ənənələri bir-birinə yaxındır. Məsələn, serb burgeri Bosniya yeməyi olsa da, az qala serblərin özəlləşdirdiyi yeməkdir.

Image result for pljeskavice burgeri

Serbiyada tez-tez dadına baxdıqları yeməklərdən biri də Karadardeva Snicla adlandırılan yeməkdir. Donuz ətindən hazırlanan yemək müsəlmanlar üçün uyğun olmasa da, Serbiya mətbəxinin ən ləziz dadlarından biri sayılır.

Image result for Rekija içkisi

Serbiya mətbəxində içkilər də xüsusi yer tutur. Rekija adlanan içki yerli əhali üçün ən populyar içki növü hesab olunur. Bununla yanaşı, Serbiya bağlarının meyvələrindən hazırlanan çevişdli aromalar da qeyd olunmalıdır.

 

Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir