xestelik

Haymor ciblərinin formaları və müalicə üsulları

Baxış sayı: 1. 392

Haymorit stomatologiyada tez-tez rast gəlinən haymor boşluğunun odontogen iltihabi xəstəliyidir. İnfeksiya haymorit boşluğunu örtən selikli qişaya müxtəlif yollarla keçə bilər. Yuxarı böyük və kiçik azı dişlərin kəskin xroniki periodontitinin ağırlaşması nəticəsində, eləcə də haymor boşluğuna yaxın yerləşən dişlərin travmatik çəkilməsi ilə boşluğun dibi açılır və iltihabi proseslərə səbəb olur. Haymor boşluğu ilə diş kökləri arasında nazik sümük lövhə olmadıqda infeksiya boşluğa asanlıqla yayıla bilər.

Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı deyir ki,  anamtik haymor cibləri üç formada olur: pnevmatik, sklerotik və kombinə olunmuş.

Pnevmatik formalı cibdə həcm böyük olduğundan diblər diş kökünə yaxın yerləşir və odontogen haymorit həmin növdə daha çox olur. Odontogen haymorit gedişinə görə bir neçə formada olur: kəskin, yarımkəskin və xroniki.

Problemion ən çox rast gəlinən növü perforativ haymor boşluğunun dibinin açılması ilə bağlı olur.

Kəskin odontogen haymoritdə xəstələr daha çox gözaltı yanaq nahiyələrindəki ağrılardan şikayətlənirlər. Ağrı alın, gicgah, ənsə nahiyələrinə, eyni zamanda, dişlərdə də hiss olunur. Burun boşluğunda, selikli qişa qızartılı, şişkin olur. Xəstə başını aşağı endirən kimi burnundan irin gəlir. Bəzən haymoritin əlamətləri üçlü sinirin nevralgiyası, əngin kökətrafı kistası və kəskin periodonitlə oxşar olsa da, differensial diaqnostika, rentgenoloji, subyektiv və obyektiv müayinələr dəqiq diaqnoz qoymağa imkan verir.

Müalicədə dişin kökətrafı patoloji ocağını götürmək, boşluqdan irinli eksudatı çıxarmaq əsas şərtdir. Adətən bu xəstələrə antibakterial və bədən müqavimətini stimulə edən dərmanlar təyin edilir.

Kəskin formadan fərqli olaraq xroniki haymorit simptomsuz keçir. Xəstələr patoloji proses olan yerdəki küt ağrılardan şikayətlənir. Əgər perfa varsa-yəni, boşluğun dibi açılıbsa, xəstədə burundan havanın ağzı boşluğuna və əks istiqamətdə keçməsi, duru qidanın ağız boşluğundan buruna tökülməsi halları baş verə bilər. Diaqnozun qoyulmasında kompleks müayinələrdən istifadə olunur”.

Həkim-stomatoloqun dediyinə görə, xəstəliyin müalicəsi cərrahi yolla aparılır: “Əgər əng cibinin dibi deşilməyibsə, burun keçəcəyindən boşluq xüsusi iynə ilə punksiya edilir, orada nazik boru saxlanır və cib tam təmizlənənə qədər dializ aparılır. Antibiotik və fermentlərdən istifadə olunur. Burun boşluğuna damardaraldan məhlullar damızdırılır. Bununla xəstənin vəziyyəti və xəstəliyin gedişi yaxşılaşır. Yalnız selikli qişada polipoz dəyişiklik olarsa, haymoratomiyaya əks göstəriş kimi baxmaq olar.

Həmin halların baş verməməsi üçün alın, ənsə, gicgah, gözaltı və yanaq nahiyələrində, eləcə də yuxarı böyük və kiçik azı dişlərin müalicəsi zamanı cərrah-stomatoloq və terapevtin kompleks şəkildə müayinə və müalicəsi vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir