Türkiyədə keçirilən toy mərasimlərindən birində maraqlı hadisə yaşanıb.
“Gencaile.az” saytının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qardaş ölkənin Mərsin vilayətində evlənən cütlüyün gəlin maşını kimi avtobusdan istifadə etməsi mərasim iştirakçıları tərəfindən təəccüblə qarşılanıb.
Sözügedən toydan sonra açıqlama verən bəy gəlin maşını kimi avtobusdan istifadə etmək planının uzun müddət öncədən hazırlandığını, amma bu məsələdən heç kimin xəbəri olmadığını bildirib.