Həm uşaqlar, həm də böyüklər üçün SAĞLAMLIQ MƏNBƏYİ

Baxış sayı: 1. 465

Orqanizmin sağlamlığını təmin etmək üçün qida rasionunun düzgün seçilməsi əsas amillərdən biridir.

 

Buna görə də qida məhsullarının seçimi zamanı onların tərkibinə diqqət yetirməklə, orqanizminə təsirini bilməklə sağlamlığımızn qayğısına qalmış olarıq.

Balıq yağının xalq təbabətində tətbiqinin əsrlərlə tarixi var. Bu yağdan bir çox xəstəliklərin müalicəsində və profilaktikasında istifadə olunub və bu gün də dünyanın demək olar ki, əksər ölkələrində bu yağ sağlam qida məhsulu kimi populyarlıq qazanıb.

Balıq yağının tərkibi A, D, E vitaminləri və omeqa 3 yağ turşusu ilə zəngindir. Orqanizm üçün zəruri olan bu və digər maddələri özündə cəmləşdirən balıq yağı sağlamlığımıza necə təsir edir və hansı faydaları var?

1. Beynin fəaliyyətini yaxlışdırır, yaddaşı möhkəmləndirir

2. Xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitədir

3. İnfarkt riskini azaldır

4. Qan təzyiqini aşağı salır

5. Ürəyin fəaliyyəti üçün olduqca faydalıdır

6. Xolesterinin miqdarını azaldır

7. Bədən temperaturunu tənzimləyir

8. Dəri, dırnaqlar və saşlarda problemlərin yaranmasına mane olur

9. Görmə qabiliyyətini normada saxlamaq üçün əvəzsiz qida məhsuludur

10. İmmun sistemini gücləndirir

11. Orqanizmdə xoşbəxtlik hormonu adlandırılan serotonin istehsalını artırır.

12. İltihab əleyhinə xassəyə malikdir və infeksiyalara qarşı mübarizə aparır.

13. Uşaqlarda sümük və əzələləri inkişaf etdirir, zehni inkişafı sürətləndirir, boy artımını təmin edir.

Balıq yağından istifadə edərkən orqanizminizin fərdi xüsusiyyətlərinə uyğunluğunu və dozanın müəyyənləşdirilməsi üçün həkimlə məsləhətləşmək tövsiyə olunur.

Özünüzün və ailənizin sağlamlığı qayğısına qalmaq istəyirsinizsə şəfa mənbəyi olan balıq yağından müntəzəm istifadə edin.

Modern.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir