qadin xerceng

Hər dörd qadından biri…

Baxış sayı: 1. 848

Mioma uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişidir. Qadınlarda qasıq və qarın ağrısı ilə özünü biruzə verən miomalar sonsuzluq və uşaq düşmələrinə səbəb olur.

Miomalar, uşaqlıq və uşaqlıq ağzında görülən normal xarici düz əzələ toxuması böyümələridir. Miomalar uşaqlıqda miyometrium adlanan əzələ təbəqəsində olan düz əzələ hüceyrələrinin anormal böyüməsi ilə ortaya çıxır. Çox zaman birdən çox mioma formalaşır.

Miomalar qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir.  Hər dörd qadından birində rastlanır. 30-40 yaşlarında görülən miomalar menopuzadan sonra kiçilir. 40 yaşdan yuxarı qadınların yüzdə 40-da mioma var və bu qadınların 75 faizi bundan xəbərsizdir.

Mioma niyə yaranır?

Miomaların yaranmasının əsas səbəbi bilinməsə də, qadınlıq hormonu olan esterogenin miomaların böyüməsinə yol açdığı deyilir. Hamiləlik zamanı artan esterogen sayəsində bu miomalar daha da böyüyür. Menopuza zamanı isə esterogen səviyyəsi azalır və mioma kiçilir. Ailə üzvlərində, anasında, bacısında mioma olan qadınlarda miomanın yaranma ehtimalı yüksəkdir.

Hansı sürətlə böyüyür?

Hamiləlik zamanı və esterogen tərkibli dərman qəbul edəndə daha sürətlə böyüyür.

Doğum nəzarət həbləri qəbul edənlərlə qəbul etməyənlər arasında miomanın yaranma sıxlığında fərq görülməyib.

Miomaların tipləri hansılardır?

Uşaqlıqda olan miomalara uşaqlıq ağzında da rastlanır.

Subseryoz miomalar: Uşaqlığın xarici təbəqəsində yerləşir.

İntramural miomalar: Uşaqlığın orta təbəqəsində yerləşir

Submüköz miyomalar: Uşaqlığın iç təbəqəsində yerləşən miyomalar

Saplı miyomalar: Uşaqlığın xaricinə doğru böyüyən miyomalar

Parazitik miyomalar: Qarın içində uşaqlığın xarcində yerləşən miyomalar
Əlamətləri nədir?

Bir çox mioma özünü heç biruzə verməz. Miomaların səbəb olduğu ağrılar böyüklüyü, yerləşməsi və sayına görə dəyişir. Qasıq, qarın ağrısı, qasıq və qarında dolğunluq, təzyiq hissi, cinsi yaxınlıq zamanı ağrı, çox və uzun davam edən menstruasiya qanaması və ara qanamalar əlamətləri sayılır. Miomaların uşaqlıq daxilinə təzyiq etməsi nəticəsində bu anormal qanamalar görülür. Tez-tez sidiyə getmə ehiyacı olur. Uşaqlığın alt təbəqəsində olan mioma bağırsaq və sektuma zərər verə bilər. Nəticədə qəbzlik, babasil yaranır.

Miomalar sonsuzluğa yol açarmı?

Uşaqlıq daxilində olan miomalar sonsuzluğa yol aça bilər. Yumurta kanallarına təsir edərək spermanın yumurtaya çatmasını, döllənməni əngəlləyir. Mioması olan qadınlarda hamilələyin pozulması, düşmə ehtimalı yüzdə 40 faiz yüksək olur. Miomalar böyüyərək dölün böyüməsini əngəlləyir. Əməliyyatla miomaların çıxarılandan sonra qadınların yüzdə 80 faizi sağlam uşaq sahibi ola bilirlər.

Miomaların diaqnozu üçün ginekoloji müayinə lazımdır.

Bütün miomaların əməliyyatla çıxarılmasına ehtiyac yoxdur. Ağrı, təzyiq hissi, nizamsız, çox anormal qanamalar olmayan xəstələrdə mioma ölçüləri müntəzəm nəzarətlə izlənilir.

Mioma ilə kista arasındakı fərq nədir?

Mioma uşaqlıq daxilində, ya xaricində yaranan əzələ hüceyrələrinin bir araya gəldiyi qatı şişlərdir. Kista isə yumurtalığın içində su dolu kisələrdir və hər ikisi də xoş xassəlidir. (Lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir