Bir xəritə təsəvvür edin ki, o xəritə nəinki sizin xarakterinizi və təbiətinizi, hətta sizin arzularınızı və xəyallarınızı ifadə etsin. Əlbəttə ki, bu xəritəyə baxanda bəzən kədərlənəcək, bəzən də sevinəcəksiniz. Sizi kədərləndirən cəhətləri düzəltdikcə sizi sevindirən cəhətlərinizə yaxınlaşacaqsınız. Beləliklə, bəlkə fərqinə də varmadan, bir çox problemlərinizi həll edəcək, üstəlik, özünüzü daha çox tanımağa və özünüzü daha çox dərk etməyə başlayacaqsınız. Yəqin soruşacaqsınız ki, bunun evliliklə nə əlaqəsi var? Əlbəttə ki, əlaqəsi var. Çünki ancaq özünü tanıya bilən və ancaq özünü dərk edə bilən insanlar başqaları ilə xoşbəxt ola bilərlər. Elə evlilikdə baş verən bir çox problemlərin kökündə də tərəflərin özlərini tam mənası ilə tanımamaları və ya özlərini tam mənası ilə dərk etməmələri dayanır. Yalnız özlərini tanıyanlar və özlərini dərk edənlər problemlərə (ümumi mənada isə evliliyə) obyektiv baxa bilərlər. Elə isə bəs xəritəmizi necə tərtib edək? Əvvəlcə bir kağız-qələm götürün. Sonra xəritənizi hansı formada (sxem, cədvəl, maddələr və s.) tərtib edəcəyinizi müəyyən edin. Daha sonra da xəritənizdə…
Xarakterinizi, təbiətinizi, arzularınızı, xəyallarınızı, hədəflərinizi, məqsədlərinizi, həyat tərzinizi və s. ifadə edəcəyinizi unutmayın.
Bir sözlə, keçmişdən bu günə qədər bu xəritədə siz olmalısınız. Yuxarıdakı maddələri kağıza yazdıqdan sonra sizi qane edən maddələri rəngli bir qələmlə dairəyə alın. Eyni şəkildə, sizi qane etməyən maddələri də (başqa bir rəngli qələmlə) dairəyə almağı unutmayın. Və artıq xəritəniz hazırdır. İndi isə sizə təkcə o xəritəni həyata keçirmək qalır.