beyin

Həyat yoldaşınızın zəka növünü bilirsinizmi?

Baxış sayı: 1. 518

Hər bir insanın xarakteri müxtəlif olduğu kimi, zəkası da (daha doğrusu, zəka növü də) müxtəlifdir. Ancaq nədənsə, zəka dedikdə ağlımıza həmişə “riyazi zəka” və ya başqa bir ifadə ilə “məntiqi zəka” gəlir. Məsələn, əgər bir uşağın riyazi və ya məntiqi potensialı böyükdürsə, onun zəkalı olduğunu düşünürük. Əksinə, çox danışan və ya çox hərəkət edən bir uşaqla qarşılaşdıqda onun o qədər də zəkalı olduğuna inanmırıq. Üstəlik, az danışmağı və ya az hərəkət etməyi ağıllılıq hesab etdiyimiz üçün o uşaqlara da bunu məsləhət görürük. Halbuki, çox danışan uşaq “dil zəkası”na və ya “linqvistik zəka”ya, çox hərəkət edən uşaq isə “fiziki zəka” və ya “kinestetik zəka”ya malikdir. Təbii olaraq, bu uşaqların birindən gələcəkdə yaxşı bir dilçi, o birindən isə yaxşı bir idmançı yetişə bilər. Üstəlik, bu xüsusiyyət təkcə uşaqlara xas bir xüsusiyyət deyil. Məsələn, həyat yoldaşınız insanlarla ünsiyyətdə daha bacarıqlıdırsa, deməli o “sosial zəka”ya malikdir. Ya da həyat yoldaşınız səsə və ya ritmə qarşı daha həssasdırsa, deməli o “musiqi zəkası”na malikdir. Digər tərəfdən, bu zəka növlərindən başqa, “fərdi zəka”, “vizual zəka” və “təbiət zəkasi” kimi başqa zəka növləri də mövcuddur (ümumilikdə bu zəka növlərinin sayı 8-dir). Sizin üzərinizə düşən əsas vəzifə isə bu zəka növlərinin xüsusiyyətlərini müəyyən etmək və nəticə olaraq həyat yoldaşınızın hansı zəka növünə malik olduğunu kəşf etməkdir. Çünki həyat yoldaşınızın zəka növünü kəşf etmək, həm də sizin onunla “münasibət növünüzü” kəşf etmək deməkdir. Bu isə ailədə ümumi ahəngin davam etməsi üçün çox vacibdir…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir