heyva dolmasi

Heyva dolması necə hazırlanır? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 741

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə heyva dolmasının hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

200 qr qoyun əti

1 ədəd soğan

100 qr keşniş

duz, istiot

sarıçiçək

heyva

Heyva dolması » AzadQadin.Az - Qadın İnformasiya Portalı

Hazırlanması:

İlk öncə heyvanı yaxşıca yuyun. Zövqə görə qabığını soya bilərsiniz. Heyvanın iç hissəsini çıxarın. Əti, soğanı ət maşınından və ya blenderdən keçirin. Və ya mətbəx çəkiciylə döyə bilərsiniz. Bir qabda çəkilmiş qoyun əti, soğanı qarışdırın. Üzərinə xırda doğranmış keşniş, duz, istiot və sarıçiçək töküb yaxşıca qarışdırın. Hazırladığınız içliyi heyvaların içərisinə doldurun . Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada heyva yumşalanadək bişirin. Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir