yemeye ne var

Heyva və qoyun əti ilə fərqli Ləzzət - "Yeməyə nə var?"

Baxış sayı: 318

Heyva iə qoyun ətindən hazırlanan yemək… Yəqin ki, bunu oxuyanda çoxunuz təəccüblənəcəksiniz. Bu iki qidanın bir-biri ilə əlaqəsi nədir?

“Gencaile.az” saytı bu dəfə “Yeməyə nə var?” rubrikasında sizə hazırlanması sadə, dadı isə fərqli olan bir yemək ressepti təqdim edəcək.

 

Yeməyin hazırlanması üçün lazım olan ərzaqlar:

800 qram qoyun əti

2 heyva

1 iri soğan

1 çay qaşığı zirə

duz, istiot

bitki yağı

təxminən yarım stəkan bulyon

heyva ve qoyun eti

Hazırlanması:

Əvvəlcə əti yağda qovurun. Sonra heyvanı dilimləyin, ortasını kəsin. Soğanı halqalar şəklində doğrayın. Ətin üzərinə əvvəl heyva, sonra soğanı düzün, duz, istiot, zirə əlavə edin, bulyon tökün. 1-1,5 saat ərzində zəif odda bişirin. Masaya düyü, bulqur, püre ilə vermək olar.

Nuş olsun!

 

Hazırladı: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir