Heyvanların yuxu görüb-görmədiklərini bilmirik. Lakin tədqiqatçıların onların yuxu görüb-görmədikləri ilə bağlı məlumatları var.
İlk növbədə onu bildirək ki, pişiklər, itlər və təbiətdə yaşayan varlıqlar hər zaman tədqiqatçılar tərəfindən araşdırılıb. Mütəxəssislər bunu araşdırarkən iki fərqli yola müraciət edirlər. Birincisi, yuxunun mərhələlərində heyvanların davranışlarını araşdırmaq, ikincisi isə yuxu əsnasında göstərdikləri beyin fəaliyyətlərinin insan beyninə bənzəyib-bənzəmədiyini anlamaq. 1960-cı illərdə insanların REM yuxusu mərhələsində maraqlı hərəkətlər etdikləri təsbit olunub. Bu hərəkətlər yuxu əsnasında əzələlərin iflic olduğu sanıldığına istiqamətli bir tapıntı kimi dəyərləndirilib.
Tədqiqatçılar da bənzər vəziyyət yaradaraq heyvanların yuxu görüb-görmədiyini araşdırıblar. Fransalı alimlərdən biri pişiyin beyin sapını əsl beyinə bağlayan və “Varol” körpüsü adı verilən bölgəni çıxardıqda pişiyin yuxuda iflic olma vəziyyətinin ortadan qalxdığını, yeriməyə və aqressiv olmağa başladığını görüblər.
Bu vəziyyət pişiklərin oyaq olan zaman etdikləri fəaliyyətlərin yuxusunu gördükləri nəticəsinə varmağa səbəb olub. Pişiklərin yuxuda siçan ovlayır kimi və bənzər davranışları itlərdə də müşahidə edilib. Araşdırmalar nəticəsində məlum olub ki, REM yuxusunda davranış pozuqluğu olan bəzi insanların yuxuda yumruqlama, şıllaq, sıçrayış, qaçma kimi hərəkətləri canlandırmağa çalışırlar.
Lakin mütəxəssislər sonda onu da vurğulayırlar ki, pişiklərin bu fəaliyyətlərinin yuxu olaraq adlandırılıb-adlandırılamayacağı mübahisəli mövzudur. İnsanlar da yuxu əsnasında yuxu gördüklərini bilmir, lakin oyandıqda bunun fərqinə varır. Eyni halın heyvanlar üçün də etibarlı olub-olmaması məlum deyil.