heyvan

Heyvanlar nə üçün intihar edir? – MARAQLI

Baxış sayı: 1. 614

Bir çox alimlər inanır ki, yalnız insanlar öz həyatlarına son qoya bilər. Amma müşahidələr intellektual rüşeymləri olan bəzi heyvanların da intihara əl atdığını göstərir.

Məsələn, İsveçrədə 3 gün ərzində ard-arda 28 inək özünü sıldırım qayadan atmışdı. Türkiyədə isə 2005-ci ildə 1500-ə yaxın qoyun heç bir səbəb olmadan özlərini hündürlükdən dərəyə atmışdılar. Onlardan 470-i yerindəcə tələf olmuşdu.

Heyvanlar daha çox payızda və yazda intihar edirlər. Alimlər bunu fəsil dəyişikliyi ilə əlaqədar olaraq heyvanların psixoloji gərginlik keçirməsində görürlər.

 

Bəzi heyvanların kütləvi intiharı:

1987-ci ildə 2 min delfin Braziliyanın İtkar kəndi yaxınlığında özünü sahilə atmışdı. Bir il sonra Küsü adasında daha 30 delfin özünü sahilə atmışdı. Tasmaniya adasında isə 300 delfin kütləvi intihar etmişdi.

1989-cu ildə Çili sahillərində 140 kitin (göy balina) cəsədi aşkarlanmışdı.

Yeni intihar dalğası isə 2003-cü ildə baş qaldırmışdı. İspaniyanın Qalisiya bölgəsində 27, Yeni Zelandiyada isə 100 kit ölü tapılmışdı.

Lemminq adlı şimal siçovullarının kütləvi intiharı isə heç kəsdə şübhə doğurmur. Bəzən kütləvi şəkildə toplaşan lemminqlər özlərini çay, yaxud göllərə atırlar.

Ölüm haqqında elmin – tanatologiyanın əsas vəzifələrindən biri də məhz bu sirli intiharların səbəbini tapmaqdır.

Tanatoloqların fikrincə, heyvanların yaşamaq hissi ilə yanaşı, bir-birinə güclü bağlılığı da olur. Belə zamanlarda onlardan birinin ölümü digərinə pis təsir edir.

Məsələn, dul qalan qu quşuları bəzən yüksəkliyə uçaraq, qanadlarını sallayır və ölümcül sürətlə yerə çırpılır.

Sevgilisini itirən tutuquşu melanxoliyaya uyaraq həsrətdən ölüb.

Bəzi hallarda hətta canavarlar balalarını itirən zaman həyatdan küsür və heç nə qəbul etməyərək acından ölürlər.

Heyvanlar öz sahiblərinə olan sevgidən də ölə bilərlər. Belə ki, məşhur bəstəkar Motsartın iti öz sahibinin qəbri üstündə can vermişdi.

Hesab olunur ki, planetimizdə həyatı balanslaşdırmaq üçün bütün canlılarda 2 fərqli proqram – yaşamaq sevgisi və özünüməhv var. Özünüməhv proqramı demoqrafik partlayışlar, konkret heyvan növünün kəskin artdığı zamanlarda aktivləşə bilər və biosferdəki tarazlığı qoruyar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir